1 Dəfə
اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ الْحَيُّ الْقَيُّومُ لَا تَأْخُذُهُ سِنَةٌ وَلَا نَوْمٌ لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ مَنْ ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ إِلَّا بِإِذْنِهِ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلَا يُحِيطُونَ بِشَيْءٍ مِنْ عِلْمِهِ إِلَّا بِمَا شَاءَ وَسِعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ وَالْأَرْضَ وَلَا يَئُودُهُ حِفْظُهُمَا وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ
Bu ayəni oxuyan insan səhər açılana qədər şeytandan qorunar.
“Səhəri gün Peyğəmbər (salləllahu aleyhi və səlləm) məndən soruşdu: ‘‘Dünən tutduğun əsir nə etdi?’’ Mən dedim: ‘‘Ya Rəsulallah! O, Allahın izni ilə mənə faydası olacaq sözlər öyrədəcəyini söylədi və mən də onu buraxdım.’’ Peyğəmbər: ‘‘Nədir o?’’ – deyə soruşdu. Mən dedim: «O mənə söylədi ki, yatağına uzananda Kürsü – «Allahu lə ilə illə huvəl-həyyul qayyum» (Allah, Ondan başqa ibadətə layiq məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur) – ayəsini əvvəldən sona kimi oxu. Əgər bunu etsən, səhər yuxudan oyananadək sənin yanında Allahın təyin etdiyi gözətçi (bir mələk) durar və şeytan sənə yaxınlaşmaz. Səhabələr xeyirli işlərə ən çox can atan insanlar idi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: ‘‘O sənə doğru söylədi, halbuki özü qatı yalançıdır. Sən üç gecədir kiminlə söhbət etdiyini bilirsənmi, ey Əbu Hureyra?’’ Mən: ‘‘Xeyr!’’ – deyə cavab verdikdə, Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: ‘‘Bu şeytan idi!’’ (əl-Buxari: 2311; ən-Nəsai, «əs-Sünən əl-Kubra»: 10795).
1 Dəfə
Əbu Məsud əl-Ənsari (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Hər kim gecə «əl-Bəqərə» surəsinin son iki ayəsini oxuyarsa, bu ona kifayət edər” (əl-Buxari: 4008; Müslim: 807).
‘‘əl-Bəqərə’’ surəsinin son iki ayəsi, ancaq yatanda deyil, ümumi olaraq gecə vaxtı oxunan zikrdir. Ona görə kim gecə vaxtı oxuya bilməsə və yatağa girdikdə xatırlasa, qoy o zaman oxusun.
‘‘…bu ona kifayət edər’’ ifadəsinin anlamında alimlər fikir ayrılığına düşüblər.
Kimisi bunu şeytandan qorunma kimi, kimisi gecə namazını əvəz etmək kimi, kimisi də bəlalardan qorunmaq kimi anlamışlar.
İmam Nəvəvi (Allah ona rəhmət etsin) söyləmişdir: «Bütün deyilənlər ehtimal olunur» («Şərhun-Nəvəvi Li Muslim», hədis: 808, Fəsil: ‘‘əl-Fatihə’’ surəsinin və ‘‘əl-Bəqərə’’ surəsinin son ayələrinin fəziləti...)
3 Dəfə
Rəvayət edilir ki, Aişə (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) hər gecə yatağına uzandıqda əllərini cütləşdirib onların içinə üfürər, sonra ora «Qul huvəllahu əhəd», «Qul ə`uzu birabbil-fələq» və «Qul ə`uzu birabbin-nas» surələrini oxuyar, daha sonra isə əllərini baş və üz nahiyəsindən başlayaraq bacardığı qədər bədənin hər yerinə sürtərdi. Beləcə o, bunu üç dəfə edərdi” (əl-Buxari: 5017).
Hədisdən çıxarılan fayda: Hədisdə deyildiyi kimi Peyğəmbər (salləllahu aleyhi və səlləm) bu əməli hər gecə edərdi. Bu sünnəni yerinə yetirmək istəyən ovuclarını cütləşdirib onların içinə üfürməli, sonra hədisdə qeyd edilmiş surələri oxumalıdır. Beləcə bunu üç dəfə təkrarlamalıdır.
1 Dəfə
Urvə ibn Nofəl atasından rəvayət edir ki, bir gün Peyğəmbər (salləllahu aleyhi və səlləm) Nofələ dedi: “(Yatağa girdikdə): «Qul ya eyyuhəl-kafirun» surəsini oxu və onu tamamladıqda yat. Həqiqətən də o, şirkdən qorunmadır” (Əhməd: 21934; Əbu Davud: 5055; ət-Tirmizi: 3403); əl-Albani hədisi «həsən» hesab etmişdir).
1 Dəfə
اللَّهُمَّ خَلَقْتَ نَفْسِي وَأَنْتَ تَوَفَّاهَا، لَكَ مَمَاتُهَا وَمَحْيَاهَا، إِنْ أَحْيَيْتَهَا فَاحْفَظْهَا، وَإِنْ أَمَتَّهَا فَاغْفِرْ لَهَا، اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْعَافِيَةَ
«Allahummə, xaləqtə nəfsi və əntə təvaffəhə, ləkə məmatuhə və ləkə məhyahə, in əhyəytəhə fəhfəzhə, və in əməttəhə fəğfir ləhə. Allahummə, inni əs`əlukəl-afiyətə» (Allahım! Canımı Sən yaratdın, Sən də onu alacaqsan. Onu öldürmək də, diriltmək də sənə məxsusdur. Onu diriltsən, qoru, öldürsən, bağışla! Allahım! Səndən salamatlıq diləyirəm!) (Muslim: 2712).
1 Dəfə
اللَّهُمَّ رَبَّ السَّمَاوَاتِ وَرَبَّ الأَرْضِ وَرَبَّ الْعَرْشِ الْعَظِيمِ، رَبَّنَا وَرَبَّ كُلِّ شَيْءٍ، فَالِقَ الْحَبِّ وَالنَّوَى، وَمُنْزِلَ التَّوْرَاةِ وَالإِنْجِيلِ وَالْفُرْقَانِ، أَعُوذُ بِكَ مِنْ شَرِّ كُلِّ شَيْءٍ أَنْتَ آخِذٌ بِنَاصِيَتِهِ، اللَّهُمَّ أَنْتَ الأَوَّلُ فَلَيْسَ قَبْلَكَ شَيْءٌ ، وَأَنْتَ الآخِرُ فَلَيْسَ بَعْدَكَ شَيْءٌ، وَأَنْتَ الظَّاهِرُ فَلَيْسَ فَوْقَكَ شَيْءٌ، وَأَنْتَ الْبَاطِنُ فَلَيْسَ دُونَكَ شَيْءٌ، اقْضِعَنَّا الدَّيْنَ وَأَغْنِنَا مِنَ الْفَقْرِ
«Allahummə, rabbəs-səmavati və rabbəl-ard, və rabbəl-arşilazim. Rabbənə və rabbə kulli şeyin, faliqal-həbbi vən-nəva, munzilət-təuraiti vəl-incili vəl-furqan. Ə`uzu bikə min şərri kulli şeyin əntə axizun binasiyətihi. Allahummə, əntələvvəlu fəleysə qabləkə şeyun, və əntəl-axiru fəleysə bə`dəkə
şeyun, və əntəz-zahiru fəleysə fəuqakə şeyun, və əntəl-batinu fəleysə dunəkə şeyun, iqdi annəd-deyn və əğninə minəlfəqri» (Allahım! Göylərin və yerin Rəbbi, əzəmətli Ərşin Rəbbi, bizim Rəbbimiz və hər bir şeyin Rəbbi! Toxumu və çəyirdəyi cücərdib çatladan, Tövratı, İncili və Furqanı nazil edən! Kəkilindən tutduğun (idarə etdiyin) hər bir şeyin şərindən Sənə sığınıram. Allahım! Sən Əvvəlsən, Səndən əvvəl heç nə yoxdur.
Sən Axırsan, Səndən sonra heç nə yoxdur. Sən Zahirsən, Səndən üstə heç nə yoxdur. Sən Batinsən, Səndən iç üzdə heç nə yoxdur! Borcumuzu ödə, bizi yoxsulluqdan qurtar!) (Müslim: 2713).
1 Dəfə
بِاسْمِكَ رَبِّ وَضَعْتُ جَنْبِي وَبِكَ أَرْفَعُهُ إِنْ أَمْسَكْتَ نَفْسِي فَارْحَمْهَا وَإِنْ أَرْسَلْتَهَا فَاحْفَظْهَا بِمَا تَحْفَظُ بِهِ عِبَادَكَ الصَّالِحِينَ
«Bismikə rabbi vəda`tu cənbi və bikə ərfəuhu. Fəin əmsəktə nəfsi fərhəmhə və in ərsəltəhə fəhfəzhə bimə təhfəzu bihi ibədikəs-salihin» (Ey Rəbbim! Sənin adınla böyrümü yerə qoydum, Sənin sayəndə də qaldıraram. Ruhumu tutub saxlasan, ona rəhm et! Onu buraxsan, əməlisaleh qullarını qoruduğun kimi onu da qoru!) (əl-Buxari: 6302; Müslim: 2714).
1 Dəfə
الْحَمْدُ للّهِ الَّذِي أَطْعَمَنَا وَسَقَانَا، وَكَفَانَا وَآوَانَا، فَكَمْ مِمَّنْ لاَ كَافِيَ لَهُ وَلاَ مُؤْوِي
Ənəs ibn Malikdən rəvayət edilir ki, Peyğəmbər yatağına uzandıqda bu zikri deyərdi: «Əlhəmdulilləhi-l-ləzi ət’amənə va səqanə va kəfənə va əvanə, fə kəm mi-m-mən lə kəfiyə ləhu va lə mu’viyə» (Bizi yedirdən, içirdən, qoruyan və bizə sığınacaq verən Allaha həmd olsun! Neçə-neçə şəxslər vardır ki, onların nə bir qoruyanı, nə də bir sığınacaq verəni var!) (Müslim: 2715).
100 Dəfə
سبحان الله (33)، الحمد لله (33)، الله أكبر (34) م
Yatmazdan öncə bu zikrləri göstərilən sayda etmək sünnədir. Bu zikrləri oxumaq insana böyük fəzilət və bədənə gün ərzində qüvvət verir.
Rəvayət edilir ki, Əli ibn Əbu Talib (Allah ondan razı olsun) demişdir: “Fatimə (Allah ondan razı olsun) əl dəyirmanının (onun əllərində) iz buraxdığından şikayət etdi. (Bir müddətdən sonra) Peyğəmbərə (salləllahu aleyhi və səlləm) bir neçə əsir gətirdilər. Fatimə (bu əsirlərlərdən birini özünə köməkçi götürmək məqsədilə) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına getdi, lakin onu (evdə) tapa bilmədi, Aişəni görüb (nə istədiyini) ona bildirdi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) evə gəldikdə Aişə ona Fatimənin gəldiyini xəbər verdi. Bundan sonra Peyğəmbər (salləllahu aleyhi və səlləm) bizə gəldi. Həmin vaxt biz artıq yatağımıza uzanmışdıq. Mən (onu görəndə) ayağa qalxmaq istədim, lakin o: ‘‘Qalxmayın’’ – dedi və gəlib aramızda oturdu. Mən hətta onun soyuq ayaqlarının sinəmə toxunduğunu hiss etdim. O dedi: ‘‘Məndən istədiyinizdən daha xeyirlisini sizə öyrədimmi?! Yatağınıza uzandığınız zaman otuz dörd dəfə «Allahu Əkbər», otuz üç dəfə «Subhanəllah» və otuz üç dəfə «Əlhəmdulilləh» deyin. Bu sizin üçün xidmətçidən daha xeyirli olar” (əl-Buxari: 3705; Müslim: 2727).
Digər rəvayətdə Əli ibn Əbu Talib (Allah ondan razı olsun) demişdir: “(Həmin zikrləri) Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) eşitdiyim gündən bəri heç vaxt tərk etməmişəm”. Ondan soruşdular: “Hətta Siffin gecəsi belə? O dedi: “Hətta Siffin gecəsi belə” (əl-Buxari: 5362; Müslim: 2727).
1 Dəfə
اللَّهُمَّ إِنِّي أَسْلَمْتُ وَجْهِي إِلَيْكَ، وَفَوَّضْتُ أَمْرِي إِلَيْكَ، وَأَلْجَأْتُ ظَهْرِي إِلَيْكَ، رَغْبَةً وَرَهْبَةً إِلَيْكَ. لاَ مَلْجَأَ وَلاَ مَنْجَا مِنْكَ إِلاَّ إِلَيْكَ، آمَنْتُ بِكِتَابِكَ الَّذِي أَنْزَلْتَ، وَبِنَبِيِّكَ الَّذِي أَرْسَلْتَ
«Allahummə, əsləmtu vəchi ileykə, və fəvvadtu əmri ileykə, va əlcə’tu zahri ileykə, rağbətən va rahbətən ileykə. Lə məlcə’ə va lə məncəə minkə illə ileykə. Aməntu bi kitəbikəl- ləzi ənzəltə va bi nəbiyyikə-l-ləzi ərsəltə» (Allahım! Sənə ümid edərək və Səndən qorxaraq üzümü Sənə təslim etdim, işimi Sənə həvalə etdim, kürəyimi Sənə etibar etdim. Sığınacaq və Səndən (əzabından) xilas olmaq üçün nicat yeri yalnız Sənə yönəlməkdir. Sənin nazil etdiyin Kitaba və göndərdiyin Peyğəmbərə iman gətirdim!).
Bu zikrin rəvayət edildiyi hədisin sonunda Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: “Bu (gün ərzində söylədiyin) son kəlmələr olsun. Əgər (bunları gecə deyib) ölsən, fitrət (iman) üzərə ölmüş olarsan. Əgər səhərə çıxsan, xeyir üzərə səhərə çıxmış olarsan” (əl-Buxari: 247; Müslim: 2710).
Bu hədis, həmçinin başqa bir sünnə əməli özündə əks etdirir. İnsan bu sünnəyə riayət edərsə, o halda son dediyi sözlər həmin zikr olar və hədisdə deyildiyi kimi əgər onları deyib ölərsə fitrət üzərə ölmüş sayılar. Yəni İbrahimin (Allahın salamı olsun ona) milləti – hənif dini üzərə ölmüş sayılar. Yox əgər səhərə çıxarsa, onda da xeyir üzərə sabahlayar. Yəni ruzisində və əməllərində xeyirə nail olar.
Allah doğrusunu bilir, amma bu kəlmələr indiyə qədər qeyd etdiyimiz bütün xeyirləri özündə ehtiva etməkdədir.
1 Dəfə
اللَّهُمَّ أَنْتَ رَبِّي لَا إِلَهَ إِلَّا أَنْتَ خَلَقْتَنِي وَأَنَا عَبْدُكَ وَأَنَا عَلَى عَهْدِكَ وَوَعْدِكَ مَا اسْتَطَعْتُ أَعُوذُ بِكَ مِنْ شَرِّ مَا صَنَعْتُ أَبُوءُ لَكَ بِنِعْمَتِكَ عَلَيَّ وَأَبُوءُ لَكَ بِذَنْبِي فَاغْفِرْ لِي فَإِنَّهُ لَا يَغْفِرُ الذُّنُوبَ إِلَّا أَنْتَ
Bütün qeyd edilən zikrlərdən əlavə olaraq xüsusi diqqət yetirəcəyimiz zikri nəzərinizə çatdırmaq istərdim. Bu, Allahın nemət olaraq bizə bildirdiyi, “Seyyidul-istiğfar‘‘ (Ən fəzilətli bağışlanma diləmə) adı ilə tanınan əzəmətli və fəzilətli zikrdir. Şəddad ibn Ovs (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhu və səlləm) demişdir: “Ən üstün istiğfar belədir: «Allahummə, əntə rabbi lə iləhə illə ənt, xaləqtəni və ənə abdukə, və ənə alə ahdikə və və`dikə məs-təta`tu, ə`uzu bikə min şərri mə sanə`tu. Əbu`u ləkə bini`mətikə aleyyə, və əbu`u bizənbi. Fəğfir li fə innəhu lə yəğfiruz-zunubə illə ənt» (Allahım! Sən mənim Rəbbimsən. Səndən başqa haqq məbud yoxdur. Məni sən yaratdın və mən sənin qulunam. Gücüm çatan qədər Sənə verdiyim əhdə və vədə sadiqəm. Etdiklərimin şərindən Sənə sığınıram. Mənə verdiyin neməti etiraf edirəm və günahlarımı boynuma alıram. Məni bağışla! Şübhəsiz ki, günahları yalnız Sən bağışlayırsan!) Sonra Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Kim gündüz vaxtı bu duanı yəqinliklə deyər və həmin gün axşam düşməzdən əvvəl ölərsə Cənnət əhlindən olar. Habelə kim axşam ikən bunu yəqinliklə deyər və səhər açılmazdan əvvəl ölərsə Cənnət əhlindən olar” (əl-Buxari: 6306).