languageIcon
search
search
beforeFajronColorIcon / Müqəddimə/ ( Say 3 Sünnələr )
brightness_1 Sələflərin sünnəyə olan hərisliyindən nümunələr

1. Nu`man ibn Salim Amr ibn Ausdan, o da Ambəsə bin Əbu Sufyandan (Allah ondan və atasından razı olsun) rəvayət edir ki, Ummi

Həbibə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini eşitdi: “Kim gün ərzində on iki rükət namaz qılarsa cənnətdə ona ev tikilər” (Müslim: 1727).

Nəql edilir ki, Ummu Həbibə deyib: “Rəsulullahdan bunu eşitdikdən sonra heç vaxt həmin əməli tərk etmədim”. Ambəsə bin Əbu Sufyan dedi: “Ummu Həbibədən bunu eşitdikdən sonra heç vaxt həmin əməli tərk etmədim”.

Amr bin Aus deyib: “Anbəsədən bunu eşitdikdən sonra heç vaxt həmin əməli tərk etmədim”

Numan bin Salim deyib: “Amr bin Ausdan bunu eşitdikdən sonra heç vaxt həmin əməli tərk etmədim”

2. Əli ibn Əbu Talib (Allah ondan razı olsun) rəvayət edir: “Fatimə (Allah ondan razı olsun) əl dəyirmanının (onun əllərində) iz buraxdığından şikayət etdi. (Bir müddətdən sonra) Peyğəmbərə (salləllahu aleyhi və səlləm) bir neçə əsir gətirdilər. Fatimə (bu əsirlərlərdən birini özünə köməkçi götürmək məqsədilə) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına getdi, lakin onu (evdə) tapa bilmədi, Aişəni görüb (nə istədiyini) ona bildirdi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) evə gəldikdə Aişə ona Fatimənin gəldiyini xəbər verdi. Bundan sonra Peyğəmbər (salləllahu aleyhi və səlləm) bizə gəldi. Həmin vaxt biz artıq yatağımıza uzanmışdıq. Biz (onu görəndə) ayağa qalxmaq istədik, lakin o: ‘‘Qalxmayın’’ – dedi və gəlib aramızda oturdu. Mən hətta onun soyuq ayaqlarının sinəmə toxunduğunu hiss etdim. O dedi: ‘‘Məndən istədiyinizdən daha xeyirlisini sizə öyrədimmi?! Yatağınıza uzandığınız zaman otuz dörd dəfə «Allahu Əkbər», otuz üç dəfə «Subhanəllah» və otuz üç dəfə «Əlhəmdulilləh» deyin. Bu sizin üçün xidmətçidən daha xeyirli olar” (əl-Buxari: 3705; Müslim: 2727).

Başqa bir rəvayətdə Əli ibn Əbu Talib (Allah ondan razı olsun) deyir: “Bu (kəlmələri) Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) eşitdikdən sonra heç vaxt həmin əməli tərk

etmədim” Ondan soruşdular: “Hətta Siffin gecəsi belə?” Dedi: “Hətta Siffin gecəsi belə” (əl-Buxari: 5362; Muslim: 2727).

Siffin gecəsi baş verən döyüşdə Əli ibn Əbu Talib (Allah ondan razı olsun) ordu başçısı idi. Amma buna baxmayaraq, bu, ona sünnəni yerinə yetirməyə mane olmadı.

3. Rəvayət edilir ki, İbn Ömər (Allah ondan razı olsun) cənazə namazını qılıb cənazəni dəfnə qədər təqib etməzdi, çıxıb gedərdi. Çünki zənn edirdi

ki, sünnə olan da budur. Lakin cənazənin dəfnə qədər təqib olunmasının fəziləti haqda Əbu Hureyranın rəvayət etdiyi hədis ona çatdıqda, sünnəni tərk etdiyinə görə üzülüb (məhrum olduğu savablar) haqda düşünməyə başladı. Hətta əlindəki daşı yerə çırpıb dedi: “Demək, biz çox ‘‘qiratlar’’ (dağ boyda savablar) itirmişik” (əl-Buxari: 1324; Müslim: 945).

İmam Nəvəvi (Allah ona rəhmət etsin) söyləmişdir: ‘‘Bu cür mövqe tutumu – sünnəni bilən kimi ona tabe olmaq və ondan məhrum olduqda isə üzülüb heyfslənmək səhabələrin yolu idi ’’ («əl-Minhəc» 7/15).

brightness_1 Sünnəyə əməl etməyin faydaları

Əziz oxucu, bilməliyik ki, sünnəyə tabe olmağın bir çox faydaları vardır. Onlardan bəzilərini sadalayaq:

1. Allahın xüsusi sevgisini qazandırar. Çünki nafilə ibadətlərə əməl edəni Uca Allah sevər.

İbn Qayyim (Allah ona rəhmət etsin) söyləmişdir: ‘‘Allah səni (bəndəsini), Ona zahirən və batinən tabe olmadıqca, Ondan gələn xəbərləri təsdiq etmədikcə, Onun əmrlərini yerinə yetirmədikcə,Onun dəvətinə icabət etmədikcə, könüllü olaraq Onun yolunu izləmədikcə, həmçinin, Onun hökmünü digər hökmlərdən, Ona bəslədiyin məhəbbəti başqalarına olan məhəbbətdən, Ona olan itaəti digər itaətlərdən üstün tutmadıqca sevməz. Əgər bunlar olmasa

özünü yormağa dəyməz, geri dön və yeni nurun axtarışına çıx, çünki sən heç bir şey əldə etməmisən ” («Mədəricus-Salihin», 3/37).

2. Daim Uca Allahla bərabər (Onun himayəsində) olma şərəfi qazanar və hər əməlində Allah onu xeyirə müvvəffəq edər.

3. Uca Allah bəndəsinin duasını qəbul edər. Kim nafilə ibadətlərlə Allaha yaxınlaşarsa Onun məhhəbbətini qazanar, kim də Onun

məhəbbətini qazanarsa etdiyi dua qəbul olar.

Bu 3 faydaya aşağıdakı hədis dəlalət etməkdədir:

Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Uca Allah buyurmuşdur: “Kim mənim dostumla düşmənçlik edərsə ona müharibə elan edərəm. Qulumun Mənə yaxınlaşmaq üçün etdiyi işlərdən Mənə ən sevimli olanı ona vacib etdiyim ibadətlərdir. Qulum nafilə ibadətləri yerinə yetirməklə Mənə o qədər yaxınlaşar ki, Mən onu sevərəm. Onu sevdiyim təqdirdə onun eşidən qulağı, görən gözü, tutan əli və yeriyən ayağı olaram. Məndən diləsə, dilədiyini verərəm, sığınacaq istəsə, ona sığınacaq verərəm. Mən görəcəyim bir işdə, ölmək istəməyən möminin canını aldıqda tərəddüd etdiyim kimi heç bir şeydə tərəddüd etmirəm. Çünki Mən ona yamanlıq etmək istəmirəm” (əl-Buxari: 6502).

Nafilələr fərz ibadətlərdə olan boşluqları doldurar.

Əbu Hureyradan rəvayət edilir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurub: “Bəndədən Qiyamət günü soruşulacağı ilk əməl namazdır. Əgər o, qaydasında olarsa bəndə nicat tapar, yox əgər qaydasında olmazsa xüsrana uğrayar. Əgər fərz əməllərində nöqsan olarsa Uca Allah deyər: “Baxın görün bəndəmin nafilə namazları varsa onunla fərzdə buraxdığı boşluqlar tamamlansın”. Sonra isə digər əməlləri də bu cür hesaba çəkiləcək” (İmam Əhməd: 9494; Əbu Davud: 864; Tirmizi: 413; əl-Albani: «Sahihul Cami», 1/405).