brightness_1
İnsanlara məşəqqət yaratmadıqca işa namazını (vaxtı çıxmamaq şərtilə) gecikdirmək daha y axşıdır.
Aişədən (Allah ondan razı olsun) nəql edilir: “Bir gecə Peyğəmbər (salləllahu aleyhi və səlləm) işa namazını gecənin əksər hissəsi gedənə
qədər gecikdirdi. Hətta məsciddəki insanlar yuxulayırdılar. Sonra çıxıb namazı qıldırdı və dedi: “Əgər ümmətimə çətinlik yaratmasaydım işanı bu vaxtı qılın deyərdim” (Müslim: 638).
Həmçinin, camaatla namaz qılmayan qadın və kişinin məşəqqət olmadığı müddətcə işanı gecikdirməsi də sünnədir.
Gecə vaxtı əl-İxlas surəsini oxumaq sünnədir:
Əbu Dərdə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Sizlərdən kimsə bir gecədə Quranın üçdə birini oxumaqdan aciz qalırmı? (Orda olanlar) dedilər: “Bir gecəyə Quranın üçdə birini oxumaq mümkündürmü?!” O dedi: “De: «Qul
huva-llahu Əhəd»…” (Muslim: 811; Buxari:5015)