İşadan sonra məclis qurmaq və söhbət etmək məkruhdur.
Az öncə qeyd etdiyimiz Əbu Bərzə əl-Əsləmidən (Allah ondan razı olsun) rəvayətində deyilir: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) İşadan əvvəl yatmağı, sonra da (lüzumsuz) söhbət etməyi məkruh sayardı”. Lakin ehtiyac duyulan söhbətdə və məclislərdə iştirak etmək məkruh deyildir.
Bu əməlin bəyənilməməsinin bizə məlum olan səbəbi – Allah doğrusunu bilir – gecə və ya sübh namazına yatıb qalmamaqdır.
İnsanlara məşəqqət yaratmadıqca işa namazını (vaxtı çıxmamaq şərtilə) gecikdirmək daha y axşıdır.
Aişədən (Allah ondan razı olsun) nəql edilir: “Bir gecə Peyğəmbər (salləllahu aleyhi və səlləm) işa namazını gecənin əksər hissəsi gedənə
qədər gecikdirdi. Hətta məsciddəki insanlar yuxulayırdılar. Sonra çıxıb namazı qıldırdı və dedi: “Əgər ümmətimə çətinlik yaratmasaydım işanı bu vaxtı qılın deyərdim” (Müslim: 638).
Həmçinin, camaatla namaz qılmayan qadın və kişinin məşəqqət olmadığı müddətcə işanı gecikdirməsi də sünnədir.
Gecə vaxtı əl-İxlas surəsini oxumaq sünnədir:
Əbu Dərdə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Sizlərdən kimsə bir gecədə Quranın üçdə birini oxumaqdan aciz qalırmı? (Orda olanlar) dedilər: “Bir gecəyə Quranın üçdə birini oxumaq mümkündürmü?!” O dedi: “De: «Qul
huva-llahu Əhəd»…” (Muslim: 811; Buxari:5015)
Əlaqə saxla
Bizimlə
Hər vaxtı sizin sullarınızı cavablandırmağa hazırıq