10 Dəfə
لَا إِلَهَ إِلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ
“Kim səhərə çıxdıqda on dəfə «Lə iləhə illəllahu vəhdəhu lə şərikə ləhu, ləhul-mulku və ləhul-həmdu və huva alə kulli şeyin qadir» (Allahdan başqa haqq məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur. Bütün varlıq və kamil həmd yalnız Ona məxsusdur! O hər şeyə Qadirdir!) deyərsə ona yüz savab yazılar, onun yüz günahı silinər, bu, onun üçün qul azad etmə (savabına) bərabər olar, axşamadək şeytandan qorunmuş olar. Kim də bunu axşamladıqda söyləyərsə (səhər qazandığı) eyni savabları qazanar” (Əhməd: 8719; İbn Bəzz hədisin isnadını ‘‘həsən’’ hesab etmişdir).
1 Dəfə
أَمْسَيْنَا وَأَمْسَى الْمُلْكُ لِلَّهِ، وَالْحَمْدُ لِلَّهِ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ خَيْرِ هَذِهِ اللَّيْلَةِ وَخَيْرِ مَا فِيهَا، وَأَعُوذُ بِكَ مِنْ شَرِّهَا وَشَرِّ مَا فِيهَا، اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْكَسَلِ، وَالْهَرَمِ، وَسُوءِ الْكِبَرِ، وَفِتْنَةِ الدُّنْيَا، وَعَذَابِ الْقَبْرِ
Axşama çıxdıqda deyilir: «Əmseynə və əmsəl-mulku lilləh, vəl-həmdu lilləh, lə iləhə illəllahu vəhdəhu lə şərikə ləh. Allahummə inni əsəlukə min xayri həzihil-leyləti və xayri mə fihə, və ə’uzu bikə min şərrihə və şərri mə fihə. Allahummə inni ə’uzu bikə minəl-kəsəli, vəl-hərami və suil-kibəri, və fitnətid-dunyə və əzabil-qabr» (Axşamladıq, hökm də Allahın olaraq axşama çatdı. Allaha kamil həmd olsun! Allahdan başqa haqq məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur. Allahım! Səndən bu gecənin və onda olan varlıqların xeyirini diləyirəm. Həmçinin, bu gecənin və onda olan varlıqların şərindən Sənə
sığınıram. Allahım! Tənbəllikdən, taqətsiz yaşlılıqdan, miskin qocalıqdan, bu dünyanın fitnəsindən və qəbr əzabından Sənə sığınıram!)
Səhərə çıxdıqda isə deyilir: «Əsbəhnə və əsbahəl-mulku lilləh, vəl-həmdu lilləh, lə iləhə illəllahu vəhdəhu lə şərikə ləh. Allahummə inni əsəlukə min xayri mə fi həzəl-yəumi və xayri mə bə’dəhu, və ə’uzu bikə min şərri mə fi həzəl-yəumi və şərri mə bə’dəhu. Allahummə inni ə’uzu bikə minəl-kəsəli, vəl-hərami və suil-kibəri, və fitnətid-dunyə və əzabil-qabr»
(Səhərə çıxdıq, hökm də Allahın olaraq səhərə çıxdı. Allaha kamil həmd olsun! Allahdan başqa haqq məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur. Allahım! Səndən bu səhərin və
ondan sonrakı xeyiri diləyirəm. Həmçinin, bu səhərin və ondan sonrakı şərdən Sənə sığınıram. Allahım! Tənbəllikdən, taqətsiz
yaşlılqdan, miskin qocalıqdan, bu dünyanın fitnəsindən və qəbr əzabından Sənə sığınıram!) (Müslim: 2723).
1 Dəfə
اللَّهُمَّ أَنْتَ رَبِّي لَا إِلَهَ إِلَّا أَنْتَ خَلَقْتَنِي، وَأَنَا عَبْدُكَ، وَأَنَا عَلَى عَهْدِكَ وَوَعْدِكَ مَا اسْتَطَعْتُ، أَعُوذُ بِكَ مِنْ شَرِّ مَا صَنَعْتُ، أَبُوءُ لَكَ بِنِعْمَتِكَ عَلَيَّ، وَأَبُوءُ لَكَ بِذَنْبِي فَاغْفِرْ لِي فَإِنَّهُ لَا يَغْفِرُ الذُّنُوبَ إِلَّا أَنْتَ
‘‘Seyyidul-istiğfar’’ (Ən fəzilətli bağışlanma diləmək) duası: «Allahummə, əntə rabbi lə iləhə illə əntə, xaləqtəni və ənə abdukə, və ənə alə ahdikə və və’dikə məs-təta’tu, ə’uzu bikə min şərri mə sanə’tu. Əbu’u ləkə bini’mətikə aleyyə, və əbu’u bizənbi. Fəğfir li fə innəhu lə yəğfiruz-zunubə illə ənt» (Allahım! Sən mənim Rəbbimsən. Səndən başqa ibadətə layiq məbud yoxdur. Məni sən yaratdın və mən sənin qulunam. Gücüm çatan qədər Sənə verdiyim əhdə və vədə sadiqəm.
Etdiklərimin şərindən Sənə sığınıram. Mənə verdiyin nemətləri etiraf edirəm və günahlarımı boynuma alıram. Məni bağışla! Şübhəsiz ki, günahları yalnız Sən bağışlayırsan!)
Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Kim gündüz vaxtı bu duanı yəqinliklə deyər və həmin gün axşam düşməzdən əvvəl ölərsə Cənnət əhlindən olar. Habelə kim axşam ikən bunu yəqinliklə deyər və səhər açılmazdan əvvəl ölərsə Cənnət əhlindən olar” (əl-Buxari: 6306).
1 Dəfə
اللَّهُمَّ بِكَ أَمْسَيْنَا وَبِكَ أَصْبَحْنَا وَبِكَ نَحْيَا وَبِكَ نَمُوتُ وَإِلَيْكَ الْمَصِير
“Sizdən səhərə çıxan qoy bu sözləri desin: «Allahummə bikə əsbəhnə, və bikə əmseynə, və bikə nəhyə, və bikə nəmutu, və ileykən-nuşur» (Allahım! Sənin sayəndə səhərə çıxdıq, Sənin sayəndə axşamladıq, Sənin sayəndə yaşayırıq, Sənin sayəndə ölürük! Qayıdış Sənədir!).
Axşama çatan isə desin: «Allahummə bikə əmseynə, və bikə əsbəhnə, və bikə nəhyə, və bikə nəmutu, və ileykəl-məsir»
(Allahım! Sənin sayəndə axşamladıq, Sənin sayəndə səhərə çıxdıq, Sənin sayəndə yaşayırıq, Sənin sayəndə ölürük! Dönüş Sənədir!) (Əbu Davud: 5068; ət-Tirmizi: 3391; ən-Nəsai: «əs-Sünən əl-Kubra», 9836; İbn Macə: 3868; İbn Bəzz hədisin isnadını ‘‘səhih’’ hesab etmişdir).
1 Dəfə
اللَّهُمَّ فَاطِرَ السَّمَوَاتِ وَالْأَرْضِ، عَالِمَ الْغَيْبِ وَالشَّهَادَةِ، لَا إِلَهَ إِلَّا أَنْتَ رَبَّ كُلِّ شَيْءٍ وَمَلِيكَهُ، أَعُوذُ بِكَ مِنْ شَرِّ نَفْسِي وَمِنْ شَرِّ الشَّيْطَانِ وَشِرْكِهِ، وَأَنْ أَقْتَرِفَ عَلَى نَفْسِي سُوءًا، أَوْ أَجُرَّهُ إِلَى مُسْلِمٍ
«Allahummə fatiris-səməvati vəl-ard, a’liməl-ğaybi vəşşəhədəti, lə iləhə illə ənt, rabbə kulli şeyin və məlikəhu. Ə’uzu bikə min şərri nəfsi və min şərriş-şeytani və şirkihi, və ən əqtərifə alə nəfsi suən, əu əcurrahu ilə muslim» (Göyləri və yeri yaradan, qeybdə və aşkarda olanı bilən Allahım! Səndən başqa haqq məbud yoxdur. Hər şeyin Rəbbi və Hökmdarı! Nəfsimin şərindən, şeytanın şərindən və şirkindən, özümə pislik etməkdən, yaxud onu bir müsəlmana yetirməkdən Sənə sığınıram!)
Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurub: “Bu duanı səhərə çıxdıqda, axşamladıqda və yatağına girdikdə söylə!” (Əhməd: 6597; Əbu Davud 5076; ət-Tirmizi: 3529; ən-Nəsai: 7699; İbn Bəzz hədisin isnadını ‘‘səhih’’ hesab etmişdir).
3 Dəfə
بِسْمِ اللَّهِ الَّذِي لَا يَضُرُّ مَعَ اسْمِهِ شَيْءٌ فِي الْأَرْضِ وَلَا فِي السَّمَاءِ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ
“Kim səhər üç dəfə və axşam üç dəfə «Bismilləhil-ləzi lə yədurru mə`a ismihi şeyun fil-ardı və lə fis-səmai və huvəssəmiul-alim» (Allahın adını çəkərək, ona pənah aparıram! Hansı ki, adı çəkildikdə yerdə və göydə heç bir şey zərər verə bilməz. Şübhəsiz ki, O, Eşidəndir, Biləndir!) deyərsə ona heç bir zərər toxunmaz”) (Əhməd: 446; ət-Tirmizi: 10179; İbn Macə 3869).
3 Dəfə
رَضِيتُ بِاللَّهِ رَبًّا، وَبِالْإِسْلَامِ دِينًا، وَبِمُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ نَبِيًّا
“Kim səhər üç dəfə və axşam üç dəfə «Radıtu billəhi rabbən, və bil-isləmi dinən, və bi Muhəmmədin (salləllahu aleyhi və səlləm) nəbiyyən» (Rəbb olaraq Allahdan, din olaraq İslamdan və peyğəmbər olaraq Muhəmməddən (salləllahu aleyhi və səlləm) razıyam!) deyərsə Qiyamət günü onun razı salınması Allahın üzərində haqq olar”) (Əhməd: 18967; ət-Tirmizi: 3389; İbn Macə 3870. İbn Bəzz hədisin isnadını ‘‘həsən’’ hesab etmişdir).
1 Dəfə
اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْعَافِيَةَ فِي الدُّنْيَا وَالْآخِرَةِ، اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْعَفْوَ وَالْعَافِيَةَ فِي دِينِي وَدُنْيَايَ، وَأَهْلِي وَمَالِي، اللَّهُمَّ اسْتُرْ عَوْرَاتِي، وَآمِنْ رَوْعَاتِي، اللَّهُمَّ احْفَظْنِي مِنْ بَيْنِ يَدَيَّ وَمِنْ خَلْفِي، وَعَنْ يَمِينِي وَعَنْ شِمَالِي، وَمِنْ فَوْقِي، وَأَعُوذُ بِعَظَمَتِكَ أَنْ أُغْتَالَ مِنْ تَحْتِي
«Allahummə, inni əs’əlukəl-a’fiyə fid-dunyə vəl-axira. Allahummə, inni əs’əlukəl-afvə vəl-afiyə fi dini və dunyəyə və əhli və mali. Allahumməstur aurati və ə’min raua’ti. Allahumməhfəzni min beyni yədeyyə və min xalfi və an yəmini və an şiməli və min fəuqi və ə’uzu bia’zamətikə ən uğtələ min təhti» (Allahım! Dünya və Axirətdə Səndən salamatlıq diləyirəm! Allahım! Dinim, dünyam, ailəm və malım üçün Səndən əfv və salamatlıq diləyirəm! Allahım! Eyiblərimi ört və qorxularımdan məni xatircəm et! Allahım! Məni önümdən, arxamdan, sağımdan, solumdan və başımın üstündən qoru! Ayağımın altının qazılmasından Sənin əzəmətinə sığınıram!)
(İmam Əhməd: «əl-Müsnəd», 4785; Əbu Davud: 5074; ən-Nəsai: «əl-Kubra», 10401; İbn Macə: 3871; Hakim hədisi ‘‘səhih’’ hesab etmişdir).
1 Dəfə
أَمْسَيْنَا عَلَى فِطْرَةِ الْإِسْلَامِ، وَكَلِمَةِ الْإِخْلَاصِ، وَدِينِ نَبِيِّنَا مُحَمَّدٍ - صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ - وَمِلَّةِ أَبِينَا إِبْرَاهِيمَ حَنِيفًا, وَمَا كَانَ مِنْ الْمُشْرِكِينَ
«Əsbəhnə alə fitratil-islam, və kəlimətil-ixlas, və dini nəbiyyinə Muhəmməd (salləllahu aleyhi və səlləm) və milləti əbinə İbrahimə hənifən və mə kənə minəl-uşrikin» (İslam fitrəti, ixlas kəlməsi, Peyğəmbərimiz Muhəmmədin (salləllahu aleyhi və səlləm) dini, hənif (ixlasla Allaha ibadət edən), müsəlman olan və müşriklərdən olmayan atamız İbrahimin ümməti üzərə səhərə çıxdıq!)
Axşamladıqda isə deyilir: «Əmseynə alə fitratil-islami …» (Əhməd: 15367, 21144).
1 Dəfə
يَا حَيُّ يَا قَيُّومُ بِرَحْمَتِكَ أَسْتَغِيثُ أَصْلِحْ لِي شَأْنِي كُلَّهُ، وَلَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ
«Ya həyyu, ya qayyum, birahmətikə əstəğisu, əslih li şə`ni kulləhu və lə təkilni ilə nəfsi tarfətə ayn» (Ey (əbədi) Yaşayan, ey Qayyum (kainatı yaradıb idarə edən, bəndələrinin işlərini yoluna qoyan və onları qoruyan), mərhəmətinlə (Səndən) kömək diləyirəm. Mənim bütün işlərimi yoluna qoy! Məni bir göz qırpımı belə başlı-başına buraxma!) (ən-Nəsai: 10405; əl-Bəzzar, 2/282; İbn Həcər və əl-Albani hədisi ‘‘həsən’’ hesab etmişlər. Bax: «NətaiculƏfkar », 177 və «Silsilətul-Əhədisis-Sahiha», 1/449).
7 Dəfə
حَسْبِيَ الله لاَ إِلهَ إِلاَّ هُوَ عَلَيْهِ تَوَكَّلتُ وَهُوَ رَبُّ الْعَرشِ الْعَظِيمِ
“Kim səhər və axşam yeddi dəfə «Həsbiyəllahu lə iləhə illə huva aleyhi təvəkkəltu və huva rabbul-arşil-azim» (Allah mənə yetər! Ondan başqa haqq məbud yoxdur. Ona təvəkkül etdim. O, əzəmətli Ərşin Rəbbidir!) deyərsə, onun başına gələcək dünya
və axirət işlərində Allah ona kifayət edər” (Əbu Davud: 5081).