languageIcon
search
search

1 Dəfə

brightness_1

أَمْسَيْنَا وَأَمْسَى الْمُلْكُ لِلَّهِ، وَالْحَمْدُ لِلَّهِ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ خَيْرِ هَذِهِ اللَّيْلَةِ وَخَيْرِ مَا فِيهَا، وَأَعُوذُ بِكَ مِنْ شَرِّهَا وَشَرِّ مَا فِيهَا، اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْكَسَلِ، وَالْهَرَمِ، وَسُوءِ الْكِبَرِ، وَفِتْنَةِ الدُّنْيَا، وَعَذَابِ الْقَبْرِ

Axşama çıxdıqda deyilir: «Əmseynə və əmsəl-mulku lilləh, vəl-həmdu lilləh, lə iləhə illəllahu vəhdəhu lə şərikə ləh. Allahummə inni əsəlukə min xayri həzihil-leyləti və xayri mə fihə, və ə’uzu bikə min şərrihə və şərri mə fihə. Allahummə inni ə’uzu bikə minəl-kəsəli, vəl-hərami və suil-kibəri, və fitnətid-dunyə və əzabil-qabr» (Axşamladıq, hökm də Allahın olaraq axşama çatdı. Allaha kamil həmd olsun! Allahdan başqa haqq məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur. Allahım! Səndən bu gecənin və onda olan varlıqların xeyirini diləyirəm. Həmçinin, bu gecənin və onda olan varlıqların şərindən Sənə

sığınıram. Allahım! Tənbəllikdən, taqətsiz yaşlılıqdan, miskin qocalıqdan, bu dünyanın fitnəsindən və qəbr əzabından Sənə sığınıram!)

Səhərə çıxdıqda isə deyilir: «Əsbəhnə və əsbahəl-mulku lilləh, vəl-həmdu lilləh, lə iləhə illəllahu vəhdəhu lə şərikə ləh. Allahummə inni əsəlukə min xayri mə fi həzəl-yəumi və xayri mə bə’dəhu, və ə’uzu bikə min şərri mə fi həzəl-yəumi və şərri mə bə’dəhu. Allahummə inni ə’uzu bikə minəl-kəsəli, vəl-hərami və suil-kibəri, və fitnətid-dunyə və əzabil-qabr»

(Səhərə çıxdıq, hökm də Allahın olaraq səhərə çıxdı. Allaha kamil həmd olsun! Allahdan başqa haqq məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur. Allahım! Səndən bu səhərin və

ondan sonrakı xeyiri diləyirəm. Həmçinin, bu səhərin və ondan sonrakı şərdən Sənə sığınıram. Allahım! Tənbəllikdən, taqətsiz

yaşlılqdan, miskin qocalıqdan, bu dünyanın fitnəsindən və qəbr əzabından Sənə sığınıram!) (Müslim: 2723).

.......

1 Dəfə

brightness_1

اللَّهُمَّ أَنْتَ رَبِّي لَا إِلَهَ إِلَّا أَنْتَ خَلَقْتَنِي، وَأَنَا عَبْدُكَ، وَأَنَا عَلَى عَهْدِكَ وَوَعْدِكَ مَا اسْتَطَعْتُ، أَعُوذُ بِكَ مِنْ شَرِّ مَا صَنَعْتُ، أَبُوءُ لَكَ بِنِعْمَتِكَ عَلَيَّ، وَأَبُوءُ لَكَ بِذَنْبِي فَاغْفِرْ لِي فَإِنَّهُ لَا يَغْفِرُ الذُّنُوبَ إِلَّا أَنْتَ

‘‘Seyyidul-istiğfar’’ (Ən fəzilətli bağışlanma diləmək) duası: «Allahummə, əntə rabbi lə iləhə illə əntə, xaləqtəni və ənə abdukə, və ənə alə ahdikə və və’dikə məs-təta’tu, ə’uzu bikə min şərri mə sanə’tu. Əbu’u ləkə bini’mətikə aleyyə, və əbu’u bizənbi. Fəğfir li fə innəhu lə yəğfiruz-zunubə illə ənt» (Allahım! Sən mənim Rəbbimsən. Səndən başqa ibadətə layiq məbud yoxdur. Məni sən yaratdın və mən sənin qulunam. Gücüm çatan qədər Sənə verdiyim əhdə və vədə sadiqəm.

Etdiklərimin şərindən Sənə sığınıram. Mənə verdiyin nemətləri etiraf edirəm və günahlarımı boynuma alıram. Məni bağışla! Şübhəsiz ki, günahları yalnız Sən bağışlayırsan!)

Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Kim gündüz vaxtı bu duanı yəqinliklə deyər və həmin gün axşam düşməzdən əvvəl ölərsə Cənnət əhlindən olar. Habelə kim axşam ikən bunu yəqinliklə deyər və səhər açılmazdan əvvəl ölərsə Cənnət əhlindən olar” (əl-Buxari: 6306).

.......

1 Dəfə

brightness_1

اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْعَافِيَةَ فِي الدُّنْيَا وَالْآخِرَةِ، اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْعَفْوَ وَالْعَافِيَةَ فِي دِينِي وَدُنْيَايَ، وَأَهْلِي وَمَالِي، اللَّهُمَّ اسْتُرْ عَوْرَاتِي، وَآمِنْ رَوْعَاتِي، اللَّهُمَّ احْفَظْنِي مِنْ بَيْنِ يَدَيَّ وَمِنْ خَلْفِي، وَعَنْ يَمِينِي وَعَنْ شِمَالِي، وَمِنْ فَوْقِي، وَأَعُوذُ بِعَظَمَتِكَ أَنْ أُغْتَالَ مِنْ تَحْتِي

«Allahummə, inni əs’əlukəl-a’fiyə fid-dunyə vəl-axira. Allahummə, inni əs’əlukəl-afvə vəl-afiyə fi dini və dunyəyə və əhli və mali. Allahumməstur aurati və ə’min raua’ti. Allahumməhfəzni min beyni yədeyyə və min xalfi və an yəmini və an şiməli və min fəuqi və ə’uzu bia’zamətikə ən uğtələ min təhti» (Allahım! Dünya və Axirətdə Səndən salamatlıq diləyirəm! Allahım! Dinim, dünyam, ailəm və malım üçün Səndən əfv və salamatlıq diləyirəm! Allahım! Eyiblərimi ört və qorxularımdan məni xatircəm et! Allahım! Məni önümdən, arxamdan, sağımdan, solumdan və başımın üstündən qoru! Ayağımın altının qazılmasından Sənin əzəmətinə sığınıram!)

(İmam Əhməd: «əl-Müsnəd», 4785; Əbu Davud: 5074; ən-Nəsai: «əl-Kubra», 10401; İbn Macə: 3871; Hakim hədisi ‘‘səhih’’ hesab etmişdir).

.......