languageIcon
search
search
brightness_1 Duha – günəş çıxandan zöhrə qədər olan müddətdə duha namazının qılınması sünnədir.

1) Rəvayət edilir ki, Əbu Hureyra (Allah ondan razı olsun) demişdir: “Xəlilim (salləllahu aleyhi və səlləm) mənə üç şeyi tövsiyyə etdi: Hər ayın üç gününü oruc tutmaq, iki rükət duha namazı qılmaq və yatmazdan öncə vitr namazını qılmaq.” Həmçinin rəvayət edilir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) eyni tövsiyəni Əbud-Dərdaya və Əbu Zərrə də etmişdir. (Müslim: 722; ən-Nəsai: «əs-Sünən əl-Kubra», 2712; əl-Albani hədisi ‘‘səhih’’ hesab etmişdir: «əs-

Sahiha», 2166).

2) Əbu Zərr Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: “Hər bir oynağınızın payına bir sədəqə düşür. Hər deyilən «Təsbih» (Sübhənallah) bir sədəqədir, hər deyilən «Təhmid» (Əlhəmdulilləh) bir sədəqədir, hər deyilən «Təhlil» (Lə iləhə illəllah) bir sədəqədir və hər deyilən «Təkbir» (Allahu Əkbər) bir sədəqədir. Həmçinin, hər bir yaxşı işi tövsiyə edib ona təşviq etmək bir sədəqə və hər bir pis işdən çəkindirmək

bir sədəqədir. Lakin, duha vaxtı iki rükət namaz qılmaq bütün bunları əvəz edir” (Müslim: 720).

Həmçinin, Aişədən (Allah ondan razı olsun) rəvayət edilir ki, hər bir insan üç yüz altmış oynaq ilə xəlq edilmişdir. Hər kim (Qiyamət günü) bu sayda sədəqə ilə (Allahın hüzuruna) gələrsə özünü oddan qorumuş sayılar.