Duha – günəş çıxandan zöhrə qədər olan müddətdə duha namazının qılınması sünnədir.
1) Rəvayət edilir ki, Əbu Hureyra (Allah ondan razı olsun) demişdir: “Xəlilim (salləllahu aleyhi və səlləm) mənə üç şeyi tövsiyyə etdi: Hər ayın üç gününü oruc tutmaq, iki rükət duha namazı qılmaq və yatmazdan öncə vitr namazını qılmaq.” Həmçinin rəvayət edilir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) eyni tövsiyəni Əbud-Dərdaya və Əbu Zərrə də etmişdir. (Müslim: 722; ən-Nəsai: «əs-Sünən əl-Kubra», 2712; əl-Albani hədisi ‘‘səhih’’ hesab etmişdir: «əs-
Sahiha», 2166).
2) Əbu Zərr Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: “Hər bir oynağınızın payına bir sədəqə düşür. Hər deyilən «Təsbih» (Sübhənallah) bir sədəqədir, hər deyilən «Təhmid» (Əlhəmdulilləh) bir sədəqədir, hər deyilən «Təhlil» (Lə iləhə illəllah) bir sədəqədir və hər deyilən «Təkbir» (Allahu Əkbər) bir sədəqədir. Həmçinin, hər bir yaxşı işi tövsiyə edib ona təşviq etmək bir sədəqə və hər bir pis işdən çəkindirmək
bir sədəqədir. Lakin, duha vaxtı iki rükət namaz qılmaq bütün bunları əvəz edir” (Müslim: 720).
Həmçinin, Aişədən (Allah ondan razı olsun) rəvayət edilir ki, hər bir insan üç yüz altmış oynaq ilə xəlq edilmişdir. Hər kim (Qiyamət günü) bu sayda sədəqə ilə (Allahın hüzuruna) gələrsə özünü oddan qorumuş sayılar.
Duha namazının başlama vaxtı
Duha namazının başlama vaxtı günəş nizənin ucu qədər yüksəlişindən, yəni namaz üçün qadağan olunmuş müddət bitdikdən sonra başlayır.
Bitməsi isə günəş qübbədə (zenitdə) olduqda, yəni zöhr namazına təxminən on dəqiqə qalmışa qədərdir.
Amr ibn Abəsə (Allah ondan razı olsun) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: “Sübh namazını qıl, sonra günəş çıxana qədər namaz qılma… (Günəş yüksəldikdən) sonra isə yenə də (nafilə) namazına davam et, çünki həmin vaxtı qılınan namaza (mələklər) şahidlik edərlər. Bunu ta günəş qübbədə (zenitdə) olana qədər davam et, sonra isə yenə də namazı dayandır, çünki həmin vaxt cəhənnəm istisinin artdığı vaxtdır” (Müslim: 832).
Duaha namazının əfzəl vaxtı
Duaha namazının əfzəl vaxtı duha vaxtının sona yaxın – günəşin qızmarlığının artdığı vaxtdır.
Zeyd bin Ərqamdan (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) deyib: “Tövbə edənlər duha namazını dəvə balasının günəşdən yandığı bir zamanda (zenitə yaxınlaşmasına az qaldıqda) qılarlar” (Müslim: 748).
Duha namazının rükətlərinin sayı:
Duha namazının rükətlərinin sayı:
Ən az sayı iki rükətdir. Peyğəmbərin tövsiyyəsində deyilir: “Hər ayın üç günü oruc tutmaq, iki rükət duha namazını qılmaq və
yatmazdan öncə vitr namazını qılmaq.” (əl-Buxari: 1981; Müslim: 721).
Ən çox rükəti isə daha üstün rəyə görə məhdud sayda deyildir, baxmayaraq ki, bəzi alimlər duha namazının sayını səkkiz rükətlə məhdudlaşdırıblar. Aişədən (Allah ondan razı olsun) rəvayət edilir: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) duha namazını (iki-iki olmaqla) dörd rükət qılardı. Bəzən isə bu sayı istədiyi qədər artırardı” (Müslim: 719).
Əlaqə saxla
Bizimlə
Hər vaxtı sizin sullarınızı cavablandırmağa hazırıq