brightness_1
Ayaqqabı geyinərkən sağ taydan başlamaq.
Ayaqqabı geyinərkən sağ taydan, soyunarkən isə sol taydan başlamaq
sünnədir.
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Sizdən biriniz ayqqabısını geyindikdə sağ tayından, çıxartdıqda isə sol tayından başlasın. Qoy əvvəl geyindiyi və son çıxardığı sağ tayı olsun” (əl-Buxari: 5856; Müslim: 2095).
Başqa rəvayətdə isə deyilir: “Sizdən biriniz ayaqqabısının ancaq bir tayın geyib gəzməsin. Ya ikisini də çıxarsın, ya da ikisini də geyinsin” (əl-Buxari: 5855).
Bu qeyd etdiyimiz iki hədisdə 3 sünnə əməl vardır:
1.Ayaqqabı geyinməyi sağ tayla başlamaq;
2.Ayaqqabı çıxarmağı sol taydan başlamaq;
3.Ayaqqabının ancaq bir tayı ilə gəzməmək; ya hər ikisini çıxarmaq, ya da hər ikisini geyinmək.