Ayaqqabı geyinərkən sağ taydan, soyunarkən isə sol taydan başlamaq
sünnədir.
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Sizdən biriniz ayqqabısını geyindikdə sağ tayından, çıxartdıqda isə sol tayından başlasın. Qoy əvvəl geyindiyi və son çıxardığı sağ tayı olsun” (əl-Buxari: 5856; Müslim: 2095).
Başqa rəvayətdə isə deyilir: “Sizdən biriniz ayaqqabısının ancaq bir tayın geyib gəzməsin. Ya ikisini də çıxarsın, ya da ikisini də geyinsin” (əl-Buxari: 5855).
Bu qeyd etdiyimiz iki hədisdə 3 sünnə əməl vardır:
1.Ayaqqabı geyinməyi sağ tayla başlamaq;
2.Ayaqqabı çıxarmağı sol taydan başlamaq;
3.Ayaqqabının ancaq bir tayı ilə gəzməmək; ya hər ikisini çıxarmaq, ya da hər ikisini geyinmək.
Ağ libas geyinmək.
Abdullah ibn Abbasdan (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər
(salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Ağ libaslarınızı geyinin, çünki o, sizin ən xeyirli libasınızdır. Həmçinin ölülərinizi də onda dəfn edin” (Əhməd: 2219; Əbu Davud: 3878; ət-Tirmizi: 994; əl-Albani hədisi ‘‘səhih’’ hesab etmişdir: «Sahihul-Cami», 1/267).
Şeyximiz İbn Useymin (Allah ona rəhmət etsin) söyləmişdir: ‘‘Ağ libas geyinməyin əfzəlliyi bütün növ paltarlara: köynək, üst və alt geyimlərə və s. aiddir. Həmçinin, qadınlara xas olan rənglərdən başqa müxtəlif rənglərdə paltarlar geyinmək də icazəlidir’’ (Bax: «Şərhu Riyadus-Salihin», 2/108).
Ətir istifadə etmək.
Ənəs (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Bu dünyada mənə qadın və ətir sevdirildi. Namaz isə gözümün nuru qılındı” (Əhməd: 12293; ən-Nəsai: 3940; əl-Albani hədisə ‘‘həsən səhih’’ demişdir).
Rəvayət edilir ki, Aişə (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər (salləllahu
aleyhi və səlləm) ondan pis qoxu gəlməsini xoşlamazdı” (əl-Buxari: 6972).
Həmçinin bilmək lazımdır ki, ətirdən imtina etmək bəyənilmir.
Ənəs (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (salləllahu aleyhi və səlləm) heç vaxt ətirdən imtina etməzdi” (əl-Buxari: 2582).
Saç daramağa sağdan başlamaq.
Saç daradıqda əvvəlcə sağ tərəfdən başlamaq, sonra isə sola keçmək sünnədir.
Rəvayət edilir ki, Aişə (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) ayaqqablarını geyindikdə, saçını daradıqda, yuyunduqda və beləcə bütün işlərində sağdan başlamağı sevərdi” (əl-Buxari: 168; Müslim: 268).
Əlaqə saxla
Bizimlə
Hər vaxtı sizin sullarınızı cavablandırmağa hazırıq