languageIcon
search
search
brightness_1 Müəzzinin dediklərini təkrar etmək.

Azan vaxtı müəzzinin dediklərini təkrar etmək sünnədir. Yalnız müəzzin «Həyyə aləs-saləh» (Namaza tələsin!) və «Həyyə aləl-fələh» (Nicat tapmağa tələsin!) dedikdə «Lə həulə və lə quvvətə illə billəh» (Qüdrət və güc yalnız Allahındır) ifadəsi deyilir.

Abdullah ibn Amr (Allah ondan və atasından razı olsun) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini eşitdi: “Əgər müəzzini eşidirsinizsə onun dediklərini təkrarlayın” (Müslim: 385). Ömər bin əl-Xəttabdan (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurub: “Əgər müəzzin «Allahu Əkbər», «Allahu Əkbər» dedikdə sizdən biri də səmimi qəlbdən «Allahu Əkbər», «Allahu Əkbər» desə, sonra «Əşhədu əllə iləhə illəllah» dedikdə o da «Əşhədu əllə iləhə illəllah» desə, sonra «Əşhədu ənnə Muhəmmədən Rasulullah» dedikdə o da «Əşhədu ənnə Muhəmmədən Rasulullah»

desə, sonra «Həyyə aləs-saləh» dedikdə o da «Lə həulə və lə quvvətə illə billəh» desə, sonra «Həyyə alal-fələh» dedikdə o da «Lə həulə və lə quvvətə illə billəh» desə, sonra «Allahu Əkbər», «Allahu Əkbər» dedikdə o da «Allahu Əkbər», «Allahu Əkbər» desə, sonra «Lə iləhə illəllah» dedikdə o da «Lə iləhə illəllah» desə cənnətə girər” (Müslim 385).

Fəcr azanında isə müəzzin «Əs-salətu xeyrum-minən-nəum» (Namaz yuxudan xeyirlidir) dedikdə eyni sözlər təkrarlanır.