brightness_1
Dəstəmazdan sonra dua etmək.
Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Sizdən biriniz tam və kamil şəkildə dəstəmaz alıb: “Əşhədu ən lə iləhə illəllah, va əşhədu ənnə Muhəmmədən abdullahi va rasuluhu” (Şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq məbud yoxdur, Muhəmməd də onun qulu və elçisidir) – deyərsə Cənnətin səkkiz qapısı onun üzünə açılar, o da istədiyi qapıdan ora daxil olar (Müslim: 234).
Əbu Səid (Allah ondan razı olsun) Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) rəvayət edir: “Kim dəstəmaz aldıqdan sonra ‘‘Subhənəkəllahummə va bihəmdikə, əşhədu əllə iləhə illə əntə, əstəğfirukə va ətubu ileykə’’ (Allahım, Sən pak və nöqsansızsan, həmdə layiq Sənsən. Şəhadət edirəm ki, Səndən başqa ibadətə layiq məbud yoxdur. Səndən bağışlanma diləyirəm və Sənə tövbə edirəm) sözlərini deyərsə Allah onun bu kəlmələrinə möhür vurar və sonra o, ərşin altına yüksəldilər və Qiyamətə kimi açılmaz” (ən-Nəsai: Gecə və gündüz əməlləri kitabı, səh.147; əl-Hakim: 1/752). Həmçinin ibn Həcər hədisin isnadının ‘‘səhih’’ hesab etmiş və bəyan etmişdir ki, hədis Peyğəmbərdən deyil, səhabənin öz kəlamı kimi sabit olmuşdur (Bax: «Nətəicul əfkar», 1/246).