Misvakı ya dəstəmazdan əvvəl, ya da ağzı yaxalamamışdan əvvəl istifadə etmək
sünnədir. Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: “Əgər ümmətimə məşəqqət olmasaydı, onlara əmr edərdim ki, hər dəfə dəstəmaz alarkən (dişlərini) misvakla təmizləsinlər” (İmam Əhməd: 9928; İbn Xuzeymə: 1/73/140; Hakim: 1/245).
Möminlərin anası Aişədən (Allah ondan razı olsun) rəvayət edilir: “Biz Peyğəmbərə (salləllahu aleyhi və səlləm) misvak və dəstəmaz suyunu (əvvəlcədən) hazırlayardıq. Allah gecə istədiyi vaxt onu oyadar, o da qalxıb misvaklanar, dəstəmaz alar və namaz qılardı…” (Müslim: 746).
Simple Audio Player
Dəstəmaza başlayarkən ‘‘Bəsmələ’’ gətirmək
Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edilən hədisdə deyilir: “Dəstəmazı olmayanın namazı yoxdur. Habelə Allahın adını çəkməyənin («Bismilləh» deməyənin) dəstəmazı yoxdur” (İmam Əhməd: 11371; Əbu Davud: 101; İbn Macə: 397).
Simple Audio Player
Əlləri üç dəfə yumaq.
Osmanın (Allah ondan razı olsun) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) dəstəmazını vəsf etdiyi hədisdə onun dəstəmazdan əvvəl əllərini üç dəfə yuduğunu rəvayət edir. (əl-Buxari: 164; Müslim: 226)
Simple Audio Player
Sağ əzaları soldan öncə yumaq.
Rəvayət edilir ki, Aişə (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) ayaqqabısını geyinərkən, saçını darayarkən, ümumiyyətlə bütün işlərində sağdan başlamağı sevərdi” (əl-Buxari: 168; Müslim: 268)
Simple Audio Player
Dəstəmaza ‘‘madmada’’ (ağıza su alıb yaxalamaq) və ‘‘istinşaq’’ (burna suyu çəkib çölə nəfəs verərək çıxarmaq) başlamaq.
Osmanın (Allah ondan razı olsun) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) dəstəmazını vəsf etdiyi hədisdə onun dəstəmaza ağzını və burnunun içini yumaqla başlayıb sonra üzünü üç dəfə yuduğu deyilir (əl-Buxari: 164; Müslim: 226).
Həmin əzaları üzdən sonra yumaq da icazəlidir.
Simple Audio Player
Dəstəmazda (oruclu olandan başqa) madmada və istinşaq edərkən suyu dərinə çəkmək.
Ləqit ibn Sabiradan (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) ona dedi: “Dəstəmazı tam şəkildə al, barmaqlarının arasını da yu və oruc deyilsənsə burnuna suyu
dərindən çək” (Əhməd: 17846; Əbu Davud: 142;İbn Həcər hədisi ‘‘səhih’’ hesab etmişdir: «əl-İsabə»,9/15).
Simple Audio Player
Madmada və istinşaqı bir ovuc su ilə eyni anda etmək.
Abdullah ibn Zeyd Peyğəmbərin (salləllahu aleyhi və səlləm) dəstəmazını vəsf edərək rəvayət edir: “…Bir əlini su qabına salaraq su aldı, həmin əldən madmada və istinşaqı etdi və bunu üç dəfə
təkrarladı…” (əl-Buxari: 192; Müslim: 235).
Simple Audio Player
Başa məshi sünnədə varid olan formada etmək.
Başa məsh çəkməyin qaydası: Əllər isladılıb başın ön – tük çıxan hissəsindən başlayaraq başın arxa hissənə qədər hərəkət etdirilir, sonra isə geri – ön hissəsinə qaytarılır. Qadınların məsh etməsi də eyni formada olur. Lakin
boynundan aşağı uzanan saçlarına məsh çəkmələrinə ehtiyac yoxdur.
Abdullah ibn Zeyd Peyğəmbərin (salləllahu aleyhi və səlləm) dəstəmazını vəsf edərək rəvayət edir: “…Əllərini başının ön – tük çıxan hissəsindən başlayaraq başının arxa hissinə qədər hərəkət etdirdi, sonra geri – başladığı hissəsinə qaytardı” (əl-Buxari:185; Müslim: 235).
Simple Audio Player
Əzaları üç dəfə yumaq.
Dəstəmaz alarkən əzaları bir dəfə yumaq vacib, ikinci və ya üçüncü dəfə yumaq isə sünnədir. Lakin üçdən artıq sayda edilmir.
Rəvayət edilir ki, İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) dəstəmazda əzalarını bir dəfə yudu” (əl-Buxari: 157). Abullah ibn Zeyddən (Allah ondan razı olsun) rəvayət edilən hədisdə isə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) dəstəmazda əzalarını iki dəfə yuduğu deyilir (əl-Buxari: 158). Osman ibn Əffandan (Allah ondan razı olsun) rəvayət edilən hədisdə isə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) dəstəmazda əzalarını üç dəfə yuduğu nəql edilir (əl-Buxari: 159). Buna görə əzaları bəzən bir, bəzən iki, bəzən də üç dəfə yumaq daha yaxşıdır. Habelə, hərdən də iki səhih hədisdə Abdullah ibn Zeydin rəvayət etdiyi kimi müxtəlif əzaları müxtəlif sayda yumaq sünnədir. Misal olaraq üz üç dəfə, əllər iki dəfə, ayaqlar isə bir dəfə yuyulur (Bax: «Zadul-Məad», 1/192).
Lakin Peyğəmbərin (salləllahu aleyhi və səlləm) sünnəsinə uyğun olaraq kamillik üçün əzaları əksər vaxtı üç dəfə yumaq daha əfzəldir.
Simple Audio Player
Dəstəmazdan sonra dua etmək.
Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Sizdən biriniz tam və kamil şəkildə dəstəmaz alıb: “Əşhədu ən lə iləhə illəllah, va əşhədu ənnə Muhəmmədən abdullahi va rasuluhu” (Şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq məbud yoxdur, Muhəmməd də onun qulu və elçisidir) – deyərsə Cənnətin səkkiz qapısı onun üzünə açılar, o da istədiyi qapıdan ora daxil olar (Müslim: 234).
Əbu Səid (Allah ondan razı olsun) Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) rəvayət edir: “Kim dəstəmaz aldıqdan sonra ‘‘Subhənəkəllahummə va bihəmdikə, əşhədu əllə iləhə illə əntə, əstəğfirukə va ətubu ileykə’’ (Allahım, Sən pak və nöqsansızsan, həmdə layiq Sənsən. Şəhadət edirəm ki, Səndən başqa ibadətə layiq məbud yoxdur. Səndən bağışlanma diləyirəm və Sənə tövbə edirəm) sözlərini deyərsə Allah onun bu kəlmələrinə möhür vurar və sonra o, ərşin altına yüksəldilər və Qiyamətə kimi açılmaz” (ən-Nəsai: Gecə və gündüz əməlləri kitabı, səh.147; əl-Hakim: 1/752). Həmçinin ibn Həcər hədisin isnadının ‘‘səhih’’ hesab etmiş və bəyan etmişdir ki, hədis Peyğəmbərdən deyil, səhabənin öz kəlamı kimi sabit olmuşdur (Bax: «Nətəicul əfkar», 1/246).
Simple Audio Player
Əlaqə saxla
Bizimlə
Hər vaxtı sizin sullarınızı cavablandırmağa hazırıq