brightness_1
Məğribdən əvvəl iki rükət namaz qılmaq.
Abdullah əl-Muzəni (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) üç dəfə: “Məğribdən qabaq namaz qılın!” – deyə təkrar etdi və üçüncü dəfə: “Kim istəyirsə!” – dedi ki, insanlar bunu (ratibə) sünnə kimi qəbul etməsinlər” (əl-Buxari: 1183).
Həmçinin hər azan və iqamə arası iki rükət namaz qılmaq sünnədir.
İstər fəcr və zöhrdən əvvəl iki rükət ratibə sünnə namazını qılmaqla, istərsə də məğrib və işa namazları üçün məsciddə azanı gözləyib sonra qalxıb iki rükət namaz qılmaqla bu sünnəyə riayət etmək mümkündür.
Abdullah ibn Muğəffəl əl-Muzəni rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) üç dəfə dedi: “Hər iki azan (yəni, azan və iqamə) arasında namaz vardır”. Bunu üç dəfə təkrar etdi və üçüncüdə əlavə etdi: “İstəyənlər üçün” (əl-Buxari: 624; Müslim; 838).
Ancaq bilmək lazımdır ki, məğribdən əvvəl, yaxud da azan və iqamə arasında qılınan iki rükət namaz təkidlə təşviq edilmiş ratibə
sünnələrdən deyildir. Hətta insanlar da onu daimi qılınan sünnə kimi anlamasınlar deyə Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: “…Kim istəyirsə”. Ona görə də bu əməli hərdən edib, hərdən isə etməmək daha yaxşıdır.