Gün batdıqda – məğribin ilk saatlarında uşaqları bayıra çıxmağa qoymamaq.
Bu iki gözəl sünnə ədəbinə əməl etməklə biz özümüzü və övladlarımızı cin və şeytanın şərindən qormuş oluruq. Həmçinin, Allahın adını zikr etməklə qapıları bağlamağı da unutmamalıyıq. Çünki neçə-neçə uşaq və neçə-neçə ev vardır ki, bu səbəbdən şeytanın əsarətinə məruz qalmışlar. Lakin İslam dininə riayət etməklə ev və övladlarımızın qayğısına qalmağımız necə də gözəl və möhtəşəm bir işdir.
Cabir ibn Abdullahdan (Allah ondan razı olsun) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyi rəvayət edilir: “Gecə düşdükdə, yaxud axşamladıqda uşaqlarınızı bayıra çıxmağa qoymayın. Çünki həmin vaxt şeytanlar hər tərəfə yayılırlar. Gecədən bir müddət keçəndə onları sərbəst buraxıın. Həmçinin Allahın adını zikr edərək qapıları bağlayın, çünki şeytan bağlı qapını aça bilmir” (əl-Buxari: 3304; Müslim: 2012).
Gecənin əvvəlində qapıları bağlamaq və uşaqları çölə buraxmamaq müstəhəb bir əməldir (Bax: Daimi Fitva Komissiyası, 26/317).
(Gecə yatmazdan öncə) Uca Allahın adını zikr edərək («Bismilləh» deyərək) qapıları bağlamaq.

Məğribdən əvvəl iki rükət namaz qılmaq.
Abdullah əl-Muzəni (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) üç dəfə: “Məğribdən qabaq namaz qılın!” – deyə təkrar etdi və üçüncü dəfə: “Kim istəyirsə!” – dedi ki, insanlar bunu (ratibə) sünnə kimi qəbul etməsinlər” (əl-Buxari: 1183).
Həmçinin hər azan və iqamə arası iki rükət namaz qılmaq sünnədir.
İstər fəcr və zöhrdən əvvəl iki rükət ratibə sünnə namazını qılmaqla, istərsə də məğrib və işa namazları üçün məsciddə azanı gözləyib sonra qalxıb iki rükət namaz qılmaqla bu sünnəyə riayət etmək mümkündür.
Abdullah ibn Muğəffəl əl-Muzəni rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) üç dəfə dedi: “Hər iki azan (yəni, azan və iqamə) arasında namaz vardır”. Bunu üç dəfə təkrar etdi və üçüncüdə əlavə etdi: “İstəyənlər üçün” (əl-Buxari: 624; Müslim; 838).
Ancaq bilmək lazımdır ki, məğribdən əvvəl, yaxud da azan və iqamə arasında qılınan iki rükət namaz təkidlə təşviq edilmiş ratibə
sünnələrdən deyildir. Hətta insanlar da onu daimi qılınan sünnə kimi anlamasınlar deyə Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: “…Kim istəyirsə”. Ona görə də bu əməli hərdən edib, hərdən isə etməmək daha yaxşıdır.
İşadan əvvəl yatmaq məkruhdur (bəyənilmir).
Əbu Bərzə əl-Əsləmidən (Allah ondan razı olsun) rəvayət edilir: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) işa namazını təxirə salmağı (vaxtı çıxmamaq şərti ilə) müstəhəb sayardı. Həmçinin işadan əvvəl yatmağı, sonra da (lüzumsuz) söhbət etməyi məkruh sayardı” (əl-Buxari: 599; Müslim: 647).
İşadan əvvəl yatmağın məkruh olmasında hikmət işa namazını buraxmamaqdır.
Əlaqə saxla
Bizimlə
Hər vaxtı sizin sullarınızı cavablandırmağa hazırıq