brightness_1
أَصْبَحْنَا وَأَصْبَحَ الْمُلْكُ لِلَّهِ، وَالْحَمْدُ لِلَّهِ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ، اللهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ خَيْرِ مَا فِي هَذَا الْيَوم وَخَيْر مَا بعدِه، وَأَعُوذُ بِك مِنْ شَرِّ مَا فِي هَذا اليَوم وَشَر مَا بَعْدِه، اللهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْكَسَلِ، وَالْهَرَمِ، وَسُوءِ الْكِبَرِ، وَفِتْنَةِ الدُّنْيَا، وَعَذَابِ الْقَبْرِ
Axşama çıxdıqda deyilir: «Əmseynə və əmsəl-mulku lilləh, vəl-həmdu lilləh, lə iləhə illəllahu vəhdəhu lə şərikə ləh. Allahummə inni əsəlukə min xayri həzihil-leyləti və xayri mə fihə, və ə’uzu bikə min şərrihə və şərri mə fihə. Allahummə inni ə’uzu bikə minəl-kəsəli, vəl-hərami və suil-kibəri, və fitnətid-dunyə və əzabil-qabr» (Axşamladıq, hökm də Allahın olaraq axşama çatdı. Allaha kamil həmd olsun! Allahdan başqa haqq məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur. Allahım! Səndən bu gecənin və onda olan varlıqların xeyirini diləyirəm. Həmçinin, bu gecənin və onda olan varlıqların şərindən Sənə
sığınıram. Allahım! Tənbəllikdən, taqətsiz yaşlılıqdan, miskin qocalıqdan, bu dünyanın fitnəsindən və qəbr əzabından Sənə sığınıram!)
Səhərə çıxdıqda isə deyilir: «Əsbəhnə və əsbahəl-mulku lilləh, vəl-həmdu lilləh, lə iləhə illəllahu vəhdəhu lə şərikə ləh. Allahummə inni əsəlukə min xayri mə fi həzəl-yəumi və xayri mə bə’dəhu, və ə’uzu bikə min şərri mə fi həzəl-yəumi və şərri mə bə’dəhu. Allahummə inni ə’uzu bikə minəl-kəsəli, vəl-hərami və suil-kibəri, və fitnətid-dunyə və əzabil-qabr»
(Səhərə çıxdıq, hökm də Allahın olaraq səhərə çıxdı. Allaha kamil həmd olsun! Allahdan başqa haqq məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur. Allahım! Səndən bu səhərin və
ondan sonrakı xeyiri diləyirəm. Həmçinin, bu səhərin və ondan sonrakı şərdən Sənə sığınıram. Allahım! Tənbəllikdən, taqətsiz
yaşlılqdan, miskin qocalıqdan, bu dünyanın fitnəsindən və qəbr əzabından Sənə sığınıram!) (Müslim: 2723).
.......