Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Allah (Öz qullarının) asqırmağını sevir, əsnəməklərini isə xoşlamır. Sizdən biriniz asqırdıqdan sonra Allaha həmd edərsə («Əlhəmdulilləh» deyərsə), ona rəhmət diləmək («Yərhəmukəllah» demək), bunu eşidən hər bir müsəlmana vacibdir. Əsnəməyə gəlincə, heç şübhəsiz ki, bu, şeytandandır (şeytan əsnəməyi xoşlayar). Odur ki, qoy, sizdən biri əsnəmək istədikdə bacardığı qədər onun qarşısını alsın. Çünki o əsnəyib: «Haaah» – dedikdə şeytan ona gülür” (əl-Buxari: 2663).
Başqa hədisdə Əbu Səid (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Qoy, sizdən biri əsnədiyi zaman əlini ağzına tutsun. Yoxsa şeytan onun ağzına girə bilər” (Müslim: 2995).
Bundan da aydın olur ki, əsnəməyin qarşısı aşağıdakı yollarla alınır:
- əsnədikdə ağıza hakim olub onu açmamalı;
- ya əsnəməyi boğub saxlamalı;
- ya da əsnədikdə əl ilə ağız örtülməlidir.
Həmçinin də əsnədikdə səsi qaldırıb ‘‘Haaah’’, ‘‘Aaahh’’ və buna oxşar səslər çıxarmamalıdır.
Həmçinin də əsnədikdə səsi qaldırıb ‘‘Haaah’’, ‘‘Aaahh’’ və buna oxşar səslər çıxarmamalıdır. Çünki bu cür etmək şeytanın ona gülməsinə səbəbdir.
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Əsnəmək şeytandandır (yəni, şeytana xoş gələr). Odur ki, sizdən birini əsnəmək tutsa, qoy bacardığı qədər onun qarşısını alsın. Çünki o (əsnəyib): ‘‘Haaah’’ – etdikdə şeytan ona gülür” (əl-Buxari: 3289; Müslim: 2994).
Qeyd:
Qeyd: Bəzi insanlar əsnədikdən sonra şeytandan Allaha sığınırlar. Lakin bilmək lazımdır ki, buna heç bir dəlil yoxdur və bu, Peyğəmbərin
(salləllahu aleyhi və səlləm) sünnəsinə müxalifdir. Çünki Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) bizə əsnəməkdən sonra hər hansı bir zikr
dediyi varid olmamışdır.
Əlaqə saxla
Bizimlə
Hər vaxtı sizin sullarınızı cavablandırmağa hazırıq