languageIcon
Azeri
Azeri
አማርኛ
العربية
বাংলা
Bosanski
Deutsch
English
Español
Filipino
فارسي
Français
(Hausa) هَوُسَ
हिन्दी
Indonesia
italiano
Қазақ тілі
தமிழ்
كوردی
नेपाली
Português
Pусский
සිංහල‎
Gjuha shqipe
Kiswahili
ภาษาไทย
Türkçe
Українська
اردو
Yorùbá
中文
search
search
Asqırdıqda “Əlhəmdulilləh” demək.

Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Qoy, sizdən biri asqırdıqda «Əlhəmdulilləh» (Allaha həmd olsun!) desin. Onu eşidən (din) qardaşı və ya dostu isə ona «Yərhəmukəllah» (Allah sizə rəhm etsin!) desin. O da «Yərhəmukəllah» deyənə «Yəhdikumullahu və yuslihu bələkum» (Allah sizi doğru yola yönəltsin və işlərinizi avand etsin!) desin” (əl-Buxari: 6224).

Həmçinin hərdən asqırdıqda «Əlhəmdulilləh alə kulli hal» demək sünnədir. Başqa rəvayətdə deyilir: “Qoy, sizdən biri asqırdıqda «Əlhəmdulilləh alə kulli hal» (Hər bir halda Allaha həmd olsun!) desin” (Əbu Davud: 5031; İbn Qayyim hədisin isnadına ‘‘səhih’’ demişdir: «Zədul-Mead», 2/436).

 
Simple Audio Player
 
facebook googleplus twitter