Fəcrin sünnəsi gün ərzində edilən ratibə sünnələrin ilkidir
Ummu Həbibə (Allah ondan razı olsun) rəvayət edir ki, o, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini eşitdi: “Kim gün ərzində fərz namazlarından savayı on iki rükət namaz qılarsa ona cənnətdə ev tikilər” (Müslim: 728). İmam Tirmizinin əlavəsində isə deyilir: “Dörd rükət zöhrdən əvvəl, iki rükət ondan sonra, iki rükət məğribdən sonra, iki rükət işadan sonra və iki rükət fəcrdən əvvəl…” (ət-Tirmizi: 415; Hədis «həsən səhihdir»).
Ratibə sünnələrin evdə qılınması daha əfzəldir.
Zeyd ibn Sabit (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurub: “Ey insanlar, (bəzi) namazlarınızı evdə qılın. Şübhəsiz ki, müsəlman bəndənin fərz namazlarından savayı qıldığı ən əfzəl namazı evdə qıldığıdır” (əl-Buxari: 7290, Müslim: 781).
Ratibə sünnələrin ən üstünü və davamiyyətlisi fəcrin sünnəsidir.
Ratibə sünnələrin ən üstünü və davamiyyətlisi fəcrin sünnəsidir. Növbəti hədislər buna dəlalət etməkdədir:
1) Rəvayət edilir ki, Aişə (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) nafilə namazlarından heç birini sübh namazının sünnəsi kimi davamlı qılmamışdır” (əl-Buxari: 1169; Müslim: 724).
2) Digər hədisdə Aişədən (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğmbər (salləllahu aleyhi və səlləm) deyib: “Fəcrdən əvvəl qılınan iki rükət namaz dünya və onun içindəkilərindən xeyirlidir” (Müslim: 725).
Sübh namazının sünnəsi nə səfərdə, nə də digər vaxtlar tərk edilmir.
Fəcr namazının sünnəsinə aid bəzi əməllər:
Birinci: ‘‘Səhih Buxari’’ və ‘‘Səhih Müslim’’ kitablarında nəql edildiyi kimi sübh namazının sünnəsi nə səfərdə, nə də digər vaxtlar tərk edilmir. Digər ratibə işa namazlarına aid olan sünnələr, yəni zöhr, məğrib və işa namazlarına aid olan sünnələr səfərdə qılınmır.
Savabı bu dünyanın hər cür naz-nemətlərindən üstün və xeyirlidir.
Fəcr namazının sünnəsinə aid bəzi əməllər:
İkinci: Yuxarıda qeyd edildiyi kimi onun savabı bu dünyanın hər cür naz-nemətlərindən üstün və xeyirlidir.
Digər hədisdə Aişədən (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğmbər (salləllahu aleyhi və səlləm) deyib: “Fəcrdən əvvəl qılınan iki rükət namaz dünya və onun içindəkilərindən xeyirlidir” (Müslim: 725).
Qısa şəkildə qılmaq sünnədir.
Fəcr namazının sünnəsinə aid bəzi əməllər:
Üçüncü: Qısa şəkildə qılmaq sünnədir.
Rəvayət edilir ki, Aişə (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) fəcrin sünnəsini o qədər qısa qılardı ki, mən (öz-özümə): “Görəsən o, əl-Fatihə surəsini oxudumu?” – deyərdim” (əl-Buxari: 1171; Müslim: 724).
Lakin o dərəcəyə çatmamalıdır ki, namazın vaciblərinə məhəl qoyulmadan namazı sürətlə qılaraq günaha batılsın.
Sübh namazının sünnəsində birinci rükətdə əl-Fatihə surəsindən sonra əl-Kafirun,...
Fəcr namazının sünnəsinə aid bəzi əməllər:
Dördüncü: Sübh namazının sünnəsində birinci rükətdə əl-Fatihə surəsindən sonra əl-Kafirun, ikinci rükətdə isə əl-İxlas surələrini oxumaq sünnədir. Bu, ‘‘Səhih Müslim’’ kitabında Əbu Hureyranın rəvayətində öz əksini tapmaqdadır.
Həmçinin ilk rükətdə əl-Bəqərə surəsinin 136-cı ayəsi də oxuna bilər. İkinci rükətdə isə Ali İmran surəsinin 53-cü ayəsi oxuna bilər. Bunun sübutu da ‘‘Səhih Müslim’’ kitabında keçən İbn Abbasın rəvayətidir.
Buna görə də bəzən buna, bəzən də digərinə riayət etmək sünnədən sayılır.
Sübhün sünnəsindən sonra sağ qola dirsəklənib uzanmaq sünnə əməllərdəndir.
Fəcr namazının sünnəsinə aid bəzi əməllər:
Beşinci: Sübhün sünnəsindən sonra sağ qola dirsəklənib uzanmaq sünnə əməllərdəndir.
Aişədən (Allah ondan razı olsun) rəvayət edilir: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) fəcrdən əvvəlki iki rükəti qıldıqdan sonra sağ qoluna dirsəklənib uzanardı” (əl-Buxari: 1160; Müslim: 736).
Məsciddə fəcr namazını camaatla qıldıqdan sonra günəş çıxana qədər namaz qıldığı məkanda oturmaq sünnə əmməllərdəndir.
Cabir ibn Səmuradan (Allah ondan razı olsun) rəvayət edilir: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) fəcr namazını qıldıqdan sonra
günəş (bir nizə ucluğu qədər) yüksələnə kimi namaz qıldığı məkanda oturardı” (Müslim: 670).
Əlaqə saxla
Bizimlə
Hər vaxtı sizin sullarınızı cavablandırmağa hazırıq