brightness_1
Üzdən yuxu əlamətini silmək.
Yuxarıda qeyd olunan son üç sünnə əməl İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət edilmişdir: “Bir gün o (İbn Abbas), xalası və Peyğəmbərin (salləllahu aleyhi və səlləm) zövcəsi Meymunənin evində gecələyib deyir: “Mən balışın eninə olan hissəsinə başımı qoyub uzandım. Uzununa olan hissəsinə isə Peyğəbər zövcəsi ilə başlarını qoyub yatdılar. Gecənin yarısı, yaxud gecə yarısına az qalmış, yaxud da gecə yarısından bir az sonra oyandı. Oyandıqda üzündən yuxu əlamətini sildi və Ali İmran surəsinin son on ayəsini oxudu. Sonra da gözəl şəkildə dəstəmaz alıb namaz qıldı” (əl-Buxari: 183, Müslim 763).
Müslimin rəvayətində isə deyilir: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) gecənin sonu oyandı, çölə çıxaraq əmaya baxıb bu ayələri oxudu: ‘‘Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün ibrətlər vardır…’’ (Ali İmran: 190).
“Oyandıqda üzündən yuxu əlamətini sildi…”, yəni əlləri ilə gözlərini sildi.