Sual: Gecə namazı üçün əfzəl vaxt nə zamandır?
Cavab: Vitr və ya gecə namazının vaxtı işadan sonra başlayıb sübh namazına qədər davam edir.
Rəvayət edilir ki, Aişə (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) işa və fəcr namazları arasında on bir rükət namaz qılardı, hər iki rükətdən sonra salam verərdi və axırda namazını bir rükətlə tamamlayardı” (əl-Buxari: 2031; Müslim: 736).
Gecə namazı üçün fəzilətli zaman gecə yarısından sonrakı üçdə bir hissədir.
Buna dəlil olaraq Abdullah ibni Ömərdən (Allah ondan və atasından razı olsun) rəvayət edilən hədisdə Allahın elçisi (salləllahu aleyhi və səlləm) buyurub: “Allah üçün ən sevimli oruc Davudun (aleyhissələm) tutduğu orucdur. Allah üçün ən sevimli namaz da Davudun (aleyhissələm) qıldığı namazdır. O, gecənin yarısını yatar, son üçdə birində qalxıb namaz qılar və altıda birində yenidən yatardı. Həmçinin, o, günaşırı oruc tutardı” (əl-Buxari: 3420; Müslim: 1159).
Sual: Bu sünnəni tətbiq etmək üçün hesab necə aparılmalıdır?
Günəş batandan dan yeri sökülənə qədər zaman vaxtı hesablanaraq altı yerə bölünür. İlk üç hissə gecənin birinci yarısı, sonrakı üç hissə isə gecənin digər yarısı hesab edilir. Gecə namazı üçün də fəzilətli vaxt gecə yarısından sonra başlayır. Yəni gecənin dörddə və beşdə biri namaza qalxılır. Həmin zaman vaxtı gecənin son üçdə biri hesab edilir. Sonra da ən son hissəsində – altıda biri yatılır. Rəvayət edilir ki, Aişə (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) mənim yanımda gecələyəndə heç vaxt sübhü oyaq olaraq qarşılamazdı” (əl-Buxari: 1133; Müslim: 742).
Beləcə, müsəlman gecə namazını daha fəzilətli vaxtda qılmış olur. Çünki Abdullah ibn Amrın (Allah ondan razı olsun) rəvayət etdiyi hədis də buna dəlalət etməkdədir.
Xülasə olaraq gecə namazının fəzilətli vaxtı dərəcə etibarı ilə 3-ə bölünür:
Birinci dərəcə: Yuxarıda qeyd olunduğu kimi gecənin Altı hissənin ilk üç hissəsində yatılır, dörd və beşinci hissələrində ibadət edilir, nəhayət altıncı hissəsi yenidən yatılır.
Buna dəlil olaraq az öncə qeyd etdiyimiz Abdullah bin Amrın hədisini misal çəkmək olar.
İkinci dərəcə: Gecənin digər üçdə birinə qalxılır.
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Ulu və uca Rəbbimiz hər gecənin son üçdə birində dünya səmasına enir və buyurur: “Mənə dua edən varmı,duasına cavab verim?! Məndən istəyən varmı, ona istədiyini verim?! Məndən bağışlanma diləyən varmı, onu bağışlayım?!” (əl-Buxari: 1145; Müslim: 758). Həmçinin, irəlidə qeyd edilmiş Cabirin (Allah ondan razı olsun) rəvayət etdiyi hədis də buna misaldır.
Əgər kimsə gecə dura bilməyəcəyindən ehtiyat edərsə onda namazı ya gecənin əvvəli və ya ona rahat olan bir hissəsində qılsın. Bu da üçüncü dərəcə hesab edilir.
Üçüncü dərəcə: Gecənin əvvəli və ya gecənin hər hansı bir vaxtında qılınır.
Cabir bin Abdullahdan (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Kim gecə dura bilməyəcəyindən ehtiyat edərsə vitri gecənin əvvəli qılsın. Kim isə dura biləcəksə o, gecənin sonu qılsın, çünki həmən vaxtı qılınan namaza şahidlik edilər (mələklər iştirak edər). Elə fəzilətlisi də budur” (Müslim: 755).
Həmçinin, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) Əbu Zərə, Əbu Dərdaya və Əbu Hureyraya (Allah onlardan razı olsun) hər birinə ayrılıqda etdiyi vəsiyyətində deyilir: “Dostum mənə üç şeyi vəsiyyət etdi. Onlardan biri yatmazdan əvvəl vitri qılmaq idi” (ən-Nəsai: «Sünənil-kubra», 2712; əl-Albani: «Əs-sahiha», 2166; Əhməd: 27481; Əbu Davud: 1433; Müslim: 737).
Aişədən (Allah ondan razı olsun) rəvayət edilir: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) nə Ramazanda, nə də qeyri aylarda on bir rükətdən artıq namaz qılmazdı” (əl-Buxari: 1147; Müslim:738).
Həmçinin, Aişədən Peyğəmbərin (salləllahu aleyhi və səlləm) on üç rükət qıldığı da varid olmuşdur.
Deməli vitri ara-sıra rükətlərinin sayını dəyişdirərək qılmaq sünnədir. Lakin Peyğəmbər (salləllahu aleyhi və səlləm) əksər hallarda vitri on bir, bəzən isə on üç rükət qılardı. Bununla da iki hədisi cəm edərək hər ikisinə riayət etmiş o luruq.
Gecə namazına varid olan ‘‘İstiftəh’’ (açılış) dualarından birini deməklə başlamaq:
1- " اللَّهُمَّ رَبَّ جَبْرَائِيلَ وَمِيكَائِيلَ وَإِسْرَافِيلَ , فَاطِرَ السَّمَاوَاتِ وَالأَرْضِ، عَالِمَ الْغَيْبِ وَالشَّهَادَةِ , أَنْتَ تَحْكُمُ بَيْنَ عِبَادِكَ فِيمَا كَانُوا فِيهِ يَخْتَلِفُونَ, اهْدِنِي لِمَا اخْتُلِفَ فِيهِ مِنَ الْحَقِّ بِإِذْنِكَ إِنَّكَ تَهْدِي مَنْ تَشَاءُ إِلَى صِرَاطٍ مُسْتَقِيم "
Aişədən (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) gecə namazına qalxdıqda istiftəh (açılış) duasında deyərdi: «Allahummə Rabbə Cəbrail və Mikail va İsrafil, fatirassəməvati vəl-ard, Aliməl-ğaybi vəş-şəhədəti, əntə təhkum
beynə ibədikə fimə kənu fihi yəxtəlifun. İhdini liməxtulifə fihi minəl-həqqi bi iznikə innəkə təhdi mən təşəu ilə sıratin mustəqim» (Cəbrailin, Mikailin və İsrafilin Rəbbi, göyləri və yeri yaradan, qeybdə və aşkarda olanı bilən Allahım! İxtilafda olduqları şeylər barəsində bəndələrin arasında Sən hökm verirsən. Baş vermiş ixtilafda məni Öz izninlə haqqa yönəlt! Həqiqətən, Sən istədiyini doğru yola yönəldənsən) (Müslim: 770).
2- "اللَّهُمَّ لَكَ الْحَمْدُ أَنْتَ نُورُ السَّمَوَاتِ وَالْأَرْضِ , وَلَكَ الْحَمْدُ أَنْتَ قَيِّمُ السَّمَوَاتِ وَالْأَرْضِ , وَلَكَ الْحَمْدُ أَنْتَ رَبُّ السَّمَوَاتِ وَالْأَرْضِ وَمَنْ فِيهِنَّ, أَنْتَ الْحَقُّ ,وَوَعْدُكَ الْحَقُّ , وَقَوْلُكَ الْحَقُّ , وَلِقَاؤُكَ الْحَقُّ , وَالْجَنَّةُ حَقٌّ , وَالنَّارُ حَقٌّ , وَالنَّبِيُّونَ حَقٌّ , وَالسَّاعَةُ حَقٌّ, اللَّهُمَّ لَكَ أَسْلَمْتُ, وَبِكَ آمَنْتُ, وَعَلَيْكَ تَوَكَّلْتُ, وَإِلَيْكَ أَنَبْتُ, وَبِكَ خَاصَمْتُ, وَإِلَيْكَ حَاكَمْتُ, فَاغْفِرْ لِي مَا قَدَّمْتُ, وَمَا أَخَّرْتُ وَمَا أَسْرَرْتُ وَمَا أَعْلَنْتُ أَنْتَ إِلَهِي لَا إِلَهَ إِلَّا أَنْتَ"
Rəvayət edilir ki, İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) təhəccüd namazına qalxdıqda deyərdi: «Allahummə ləkəl-həmdu əntə nurus-səmavati vəl-ard, və ləkəl-həmdu əntə qayyimussəmavati vəl-ard, və ləkəl-həmdu əntə Rəbbus-səmavati vəlardi və mən fihinnə, əntəl-həqq və va’dukəl-həqq və qaulukəlhəqq
və liqaukəl-həqq, vəl-Cənnətu həqq, vən-Nəru həqq, vən-nəbiyyunə həqq, vəs-səatu həqq, Allahummə ləkə əsləmtu və bikə aməntu, və aleykə təvakkəltu, və ileykə ənəbtu, bikə xasəmtu, ileykə həkəmtu, fəğfir li mə qaddəmtu və mə əxxartu və mə əsrartu və mə ə’aləntu, əntə iləhi lə iləhə illə ənt» (Allahım!
Həmd Sənədir.Sən göylərin və yerin nurusan. Həmd sənədir. Sən göylərin və yerin Hamisisən. Həmd sənədir. Sən göylərin və yerin və onlarda olanların Rəbbisən. Sən Haqsan. Verdiyin vəd
haqdır. Dediyin söz haqdır. Cənnət haqdır. Cəhənnəm haqdır. Peyğəmbərlər haqdır. Allahım! Sənə təslim oldum, Sənə iman
gətirdim, Sənə təvəkkül etdim, tövbə edib Sənə döndüm, Sənin uğrunda mübarizə apardım və Sənin hökmünə üz tutdum. Əvvəl etdiyim, sonra edəcəyim, gizli saxladığım və üzə çıxardığım (pis) əməllərimi bağışla! Mənim ilahım yalnız Sənsən. Səndən başqa haqq məbud yoxdur!) (əl-Buxari: 7499; Müslim: 768).
Aramla oxumaq.
Ayələri bir-birinə birləşdirmədən oxumaq, yəni hər ayənin sonunda vəqf (fasilə) etmək.
Təsbih ayələrini oxuduqda təsbih gətirmək, dua ayələrini oxuduqda dua etmək, sığınma ayələrini oxuduqda Allahdan sığınma diləmək.
Huzeyfə ibn Yəmən (Allah ondan razı olsun) rəvayət edir: “Gecələrin biri Peyğəmbərlə (salləllahu aleyhi və səlləm) namaz qıldım. O (salləllahu aleyhi və səlləm), namaza Bəqərə surəsi ilə başladı. Dedim yəqin yüz ayə oxuyub rüku edəcək?! Amma o davam etdi. Dedim yəqin surəni bitirdikdən sonra rüku edəcək?! Amma o yenə də davam
etdi. Sonra Nisa, sonra isə Ali İmran surələrini oxudu. Qiraəti aramaram idi. Təsbih ayələrinə çatanda təsbih gətirər, dua-dilək ayələrinə çatdıqda isə dua edərdi, sığınma ayələrinə gələndə isə Allaha sığınardı. Bunlardan sonra rükuya gedib «Subhənə Rabbiyəl-Azım» deməyə başladı. Rükusu da qiyamı qədər uzun oldu. Sonra «Səmi Allahu limən həmidəh» deyib rüku qədər də ayaqüstə dayandı. Sonra səcdəyə getdi və «Subhənə Rabbiyəl-Alə» dedi. Səcdəsi də təxmini qiyamda (ayaqüstə) dayandığı qədər çəkdi” (Müslim: 772).
İmam Əhmədin (Allah ona rəhmət etsin) ‘‘Müsnəd’’ əsərində rəvayət olunur ki, Ummu Sələmədən (Allah ondan razı olsun) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) gecə namazı haqda soruşduqda dedi: “Quranı ayə-ayə oxuyardı. Hər ayənin sonunda fasilə edərdi: «Bismilləhir-Rahmanir-Rahim» – (oxuyub fasilə edərdi), «Əlhəmdu lilləhi rabbil-aləmin» – (oxuyub fasilə edərdi), «Ər-Rahmənir-Rahim» – (oxuyub fasilə edərdi), «Məliki yəumiddin» (Əhməd: 26583; Daraqutni: 118; İmam Nəvəvi: 3/333).
İbn Ömərdən (Allah ondan razı olsun) rəvayət edilir: “Bir kişi ayağa qalxaraq Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) soruşdu: “Ey Allahın elçisi, gecə namazı necə qılınır?” Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: “Gecə namazı iki-iki qılnır. Əgər sübh namazının girməyindən narahat olsan, namazı tək rükətlə (vitrlə) tamamla” (əl-Buxari: 990; Müslim: 749).
“…iki-iki qılınır” ifadəsi hər iki rükətdən sonra salam verməyə dəlalət edir. Yəni dörd rükət bir salamla qılınmır.
Vitr namazının birinci rükətində əl-A’lə, ikinci rükətində əl-Kafirun, üçüncü rükətində isə əl-İxlas surəsini oxumaq sünnədir.
Rəvayət edilir ki, Ubey bin Kə’b (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) vitr namazında «Səbbih ismi Rabbikəl-Alə», «Qul yə eyyuhəl-kafirun» və «Qul huvallahu Əhəd» surələrini oxuyardı” (Əbu Davud: 1423; ən-Nəsai: 1733; İbn Macə: 1171; ən-Nəvəvi: «əl-Xülasə», 1/556; əl-Albani: «Sahihun-Nəsai», 1/273).
Qunutda məqsəd duadır. Vitr namazında
qunut üçüncü – əl-İxlas surəsi oxunan rükətdə tutulur.
Qunutu hərdən tutub hərdən tərk etməsi bəzi səhabələrdən rəvayət edilmişdir. Şeyxülislam İbn Teymiyyə də bu görüşə üstünlük vermişdir. Lakin əksər hallarda onu tərk etmək daha yaxşıdır.
Sual: Qunutda dua edilərkən əllər qaldırılırmı?
Cavab: Daha doğru rəy əlləri qaldırmaqdır. Həmçinin alimlərin əksəriyyəti də bu rəyi dəstəkləmişlər. Beyhəqinin (Allah ona rəhmət etsin) ‘‘səhih’’ dərəcəsinə qaldırdığı Ömərin (Allah ondan razı olsun) rəvayəti də buna dəlildir.
Beyhəqi (Allah ona rəhmət etsin) söyləmişdir: ‘‘Bir çox səhabə qunutda əllərini qaldırıblar’’ (Bax: «Sünən əl-Kubra», 2/211).
Sual: Qunuta hansı dua ilə başlanılır?
Cavab: Üstünlük verdiyimiz rəy odur ki, qunuta Allaha həmd-səna deməklə başlanılır, sonra Peyğəmbərə (salləllahu aleyhi və səlləm) salavat gətirilir, sonra isə dua edilir. Çünki duanın qəbul olunması üçün bu cür etmək daha məqsədə uyğundur. Doğrusun Allah bilir.
Rəvayət edilir ki, Fədalə ibn Ubeyd (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) bir kişinin Peyğəmbərə salavat gətirmədən dua etdiyini eşitdi və ona dedi: “O, dua etməkdə tələsdi”. Sonra həmin adamı çağırıb ona və digərlərinə dedi: “Sizdən biriniz dua etmək istədiyi zaman əvvəl Allaha həmd-səna etsin, sonra Peyğəmbərə salavat desin, daha sonra isə istədiyi qədər dua etsin” (ət-
Tirmizi hədisi ‘‘həsən-səhih’’ hesab etmişdir: 3477).
İbn Qeyyim (Allah ona rəhmət etsin) söyləmişdir: ‘‘Fədalə bin Ubeydin rəvayətində olduğu kimi, dua edənin duasına Allaha həmd-səna ilə
başlayıb sonra ehtiyacını istəməsi üstəhəbdir’’ (Bax: əl-Vabil əs-Sayyib, səh.110).
Sual: Qunut duasından sonra əllər üzə çəkilirmi?
Cavab: Bu əmələ dəlil olmadığı üçün duadan sonra əlləri üzə çəkmək sünnədən deyildir.
İmam Malikdən (Allah ona rəhmət etsin) duadan sonra əllərin içini üzünə çəkən adam haqda soruşduqda dedi: ‘‘Bu haqda bir şey varid
olduğunu bilmirəm’’ (Bax: Mərvazi, «Kitabul-vitr», səh.326).
Şeyxülislam İbn Teymiyyə söyləmişdir: ‘‘Əlləri üzə çəkmək məsələsinə qaldıqda isə bu haqda vur-tut bir, ya da iki hədis olar. Onlar da bu əmələ hüccət (dəlil) deyildir’’ (Bax: əl-Fətava, 22/519).
Gecənin sonu dua etmək sünnə əməldir. Qunutda dua etsə bu sünnəyə əməl etmiş sayılır. Əgər qunutda dua edilməsə adi halda da dua edilməsi
sünnədir, çünki həmin vaxt duaların qəbul olan vaxtıdır, həmçinin, Uca Allahın Özünə layiq şəkildə dünya səmasına endiyi məqamdır. ‘‘Əs-səhiheyn’’də də Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: “Uca və ulu Rəbbimiz hər gecənin son üçdə birində dünya səmasına enər və deyər: “Mənə dua edən varmı, duasına cavab verim?! Məndən istəyən varmı, ona istədiyini verim?! Məndən bağışlanma diləyən varmı, onu bağışlayım?!” (əl-Buxari: 1145; Müslim: 758).
Rəvayət edilir ki, Ubey bin Kə`b (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) vitr namazında «Səbbih ismə Rabbikəl-Alə», «Qul yə eyyuhəl-kafirun» və «Qul huvallahu Əhəd» surələrini oxuyardı. (Namazı bitirib) salam verdikdən sonra isə üç dəfə «Subhənəl-Məlikil-Quddus» deyərdi” (ən-Nəsai: 1702; ən-Nəvəvi və əl-Albani hədisi «səhih» hesab etmişlər).
Əbdürrəhman ibn Əbzənin (Allah ondan razı olsun) rəvayətində isə deyilir: «Subhənəl-Məlikil-Quddus» deyərdi və üçüncüsünü uca
səslə uzadardı” (Əhməd: 15354; ən-Nəsai: 1734. əl-Albani hədisi «səhih» hesab etmişdir: «Təhqiqu Müşkatil-Məsabih», 1/398).
Ər və arvadın bir-birilərini, həmçinin digər ailə üzvlərini gecə namızına oyatmaları sünnədir. Çünki xeyir işlərdə yardımlaşmaq dinimizdə xoş görülən əməllərdəndir.
Rəvayət edilir ki, Aişə (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) bütün gecəni namaz qılardı, mən də onunla
qiblə arasında uzanardım. Vitr namazını qılmağa başladıqda isə məni də oyadar, mən də qalxıb vitri qılardım” (əl-Buxari: 512; Müslim: 512).
Ummi Sələmədən (Allah ondan razı olsun) rəvayət edilir ki, bir dəfə Peyğəmbər (salləllahu aleyhi və səlləm) gecə oyandı və dedi: “SubhanəAllah! Xəzinələrdən (Allahın dərgahından) nələr endi?! Fitnələrdən nələr endi?! Ev sakinlərini (zövcələrini) namaza kim oyadar?! Dünyada geyimli olan (naz-nemətlərdən faydalanan) qadın, axirətdə isə lüt (əzaba düçar) ola bilər!” (əl-Buxari: 6218).
Habelə əzginlik halında olan insan oturaq halda namaz qılması daha yaxşıdır.
Rəvayət edilir ki, Ənəs ibn Malik (Allah ondan razı olsun) demişdir: “(Bir dəfə) Peyğəmbər (salləllahu aleyhi və səlləm) məscidə daxil olub
iki dirək arasına bərkidilmiş bir ip gördü və soruşdu: “Bu nədir?” (Oradakılar) dedilər: “Bu, Zeynəbin ipidir, (namaz qılıb) yorulduqda,
ya da əzgin olduqda bu ipdən tutub namazına davam edir”. O dedi: “Açın onu! Biriniz özünü gümrah hiss etdikcə namazını (ayaq üstə)
qılsın, yorğun, ya da əzgin olduqda isə oturaq halda qılsın” (əl-Buxari: 1150; Müslim: 784).
Yuxusu gələn insan yatıb yuxusunu aldıqdan sonra gümrah halda qalxıb namazını qılmalıdır.
Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Sizdən birinizin namazda yuxusu gələrsə
qoy gedib yuxusunu alsın. Çünki bu halda namaz qılan bağışlanma diləmək əvəzinə özünü söyə bilər” (əl-Buxari: 212; Müslim: 786).
Həmçinin gecə Quran oxuduqda yuxusu gələn insan yatıb yuxusunu alması sünnədir.
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: “Sizlərdən kimsə gecə qalxıb namaz qıldıqda Quran dilinə ağır gələrsə və nə dediyini bilməzsə, qoy gedib yuxusunu alsın” (Müslim: 787).
Məsələn, vitr namazını üç rükət qılmağa adət edən bir kəs xəstəlik, yuxuya getmək və ya hər hansı bir başqa səbəbdən namazı qılmazsa
onun yerinə səhər vaxtı dörd rükət qılır. Həmçinin, beş rükət vitr qılan şəxs müəyyən səbəbdən qıla bilməzsə səhər vaxtı altı rükət
qılır. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) də adəti vitri on bir rükət qılmaq idi. Aişədən (Allah ondan razı olsun) rəvayət olunur: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) yatıb qaldıqda və ya ağradıqda səhər vaxtı on iki rükət qılardı” (Müslim: 746).
