brightness_1
Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) varid olan bəzi zikrlər: (2)
Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) varid olan bəzi zikrlər:
3. Rəvayət edirlir ki, Səid ibn Əbu Vəqqas (Allah ondan razı olsun) demişdir: “(Bir gün) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanında olanda o, bizdən soruşdu: “Sizlərdən hər gün min savab qazanmaqdan aciz qalan varmı? Yanında oturanlardan biri soruşdu: “Bizlərdən biri min savabı necə qazana bilər?” O dedi: “Yüz dəfə təsbih etsə («Subhanəllah» desə), ona min savab yazılar, yaxud min günahı silinər” (Müslim: 2698).
4. Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Kim də bir gündə yüz dəfə: «Subhanəllahi və bihəmdihi» (Allah pak və
müqəddəsdir! Kamil həmd yalnız Allaha məxsusdur!) – deyərsə, onun günahları hətta dəniz köpüyü qədər olsa belə yenə də bağışlanar” (əl-Buxari: 6405; Müslim: 2692).
Əbu Musa əl-Əş`ari (Allah ondan razı olsun) demişdir: “(Xeybər günü) Peyğəmbər (salləllahu aleyhi və səlləm) mənə belə buyurdu: “Cənnət
xəzinələrindən birini sənə deyimmi?” Dedim: “Bəli, (ya Rəsulallah!)” O (salləllahu aleyhi və səlləm), dedi: “Lə həulə və lə quvvətə illə billəh!” (Qüdrət və güc yalnız Allahındır!) (əl-Buxari: 4202; Müslim: 2704).
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “«Subhanəllahi vəlhəmdulilləhi, və lə iləhə illəllahu, vəllahu əkbər» (Allah pak və müqəddəsdir! Kamil həmd yalnız Allaha məxsusdur! Allahdan başqa haqq məbud yoxdur! Allah hər şeydən Böyükdür!) deməyim, mənə üzərində günəş doğan hər bir şeydən əzizdir ” (Müslim: 2695).